Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Millet vekilleri Sijata Mehtaya Qarabağdan danışıblar

31 Temmuz 2016

8:20 am


31/07/2016 [12:18]: xeber –
Millət vəkilləri Hindistanın xarici işlər nazirinin müavini xanım Sijata Mehtaya Qarabağdan danışıblar.Millət vəkilləri Q.Paşayeva, Jalə Əliyeva və Fuad Muradov  Hindistanın xarici işlər nazirinin müavini xanım Sijata Mehta ilə görüşüblər. Görüş zamanı ölkəmizlə Hindistan arasında əməkdaşlığın genişlənməsi imkanları ilə bağlı geniş müzakirələr aparılıb. Geniş fikir mübadiləsi zamanı millət vəkilləri Hindistanın xarici işlər nazirinin müavini xanım Sijata Mehtaya Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, 1milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönə bilməməsi ilə bağlı da geniş məlumatlar veriblər və fikir mübadiləsi aparılıb. Millət vəkilləri Hindistandan Dağlıq Qarabağ probleminə münasibətdə ədalətli mövqe tutacağını gözləyirik deyib. Görüş zamanı iki ölkə arasında bütün istiqamətlərdə əməkdaşlığı daha da genişləndirmək üçün böyük imkanların olması vurğulanıb və fikir mübadddiləsi aparılıb. Görüşün sonunda Hindistanın xarici işlər nazirinin müavini xanım Sijata Mehtaya  millət vəkili Q. Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi cinayətlərlə bağlı sənədli filmlərin toplusu  “Azərbaycan həqiqətləri”nin ingilis dilində olan nüsxəsini təqdim edilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler