Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Millet vekilinin maşınını partlatdılar

04 Ekim 2016

11:00 pm


05/10/2016 [02:57]: xeber –
Gürcüstanın paytaxtı Tiflisdə ana müxalifət partiyası olan Birlik Milli Hərəkatı Partiyasının (UNM) millət vəkili Givi Targamadzenin maşınında partlayış baş verib. sayt-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, şəhər mərkəzindəki UNM-nin mərkəzinin yaxınlığında Targamadzenin maşının arxa tərəfində partlayış olub. Partlayışda biri ağır olmaqla 4 nəfər yaralanıb. Targamadze ilə sürücü isə hadisədən xəsarət almadan xilas olublar. Ağır yaralanan şəxs əməliyyata olunmaq üçün Tiflisdə xəstəxanaya aparılıb. Yaralıların kimliyi isə hələ ki məlum deyil.Targamadze hadisədən sonra Gürcüstan televiziyalarına verdiyi açıqlamada maşınının arxa tərəfinə quraşdırılmış bombanın uzaqdan pultla partladıldığını iddia edib və bunu həyatına təhdid kimi dəyərləndirib. Keçmiş Gürcüstan prezidenti və Ukraynanın Odessa Meri Mixail Saakaşvilinin dəstəklədiyi UNM liderləri Targamadzeye dəstək məqsədilə hadisə yerinə gəlib. Partiya liderləri partlayışın 8 oktyabrda keçiriləcək seçkilərlə əlaqəli olduğunu iddia edib. Partlayışla bağlı istintaq başlayıb. Qeyd edək ki, Gürcüstanda 8 oktyabr 2016-ci il tarixdə keçiriləcək parlament seçkilərində müxalifət partiyalarında Azad Demokratların Qori şəhəri millət vəkili namizədi olaraq göstərilən İrakli Okruaşvili də 2 gün əvvəl silahlı hücuma məruz qalmışdı. Hücumda keçmiş Gürcüstan Müdafiə Naziri Okruaşvilinin qorumaları yaralanmışdı.Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler