Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Millet vekilinden Türkiyenin Kültür ve Turizm bakanına 5 ilginc teklif…

27 Eylül 2016

7:52 pm


27/09/2016 [23:50]: xeber –
Bu gün qardaş Türkiyənin Kültür və Turizm bakanı, dəyərli bilim adamı və aydın Nabi Avcı ilə M.F. Axundov adına Milli Kitabxanada gözəl görüş və müzakirələr oldu. Uzun illərdir tanıdığım sayın bakanla görüş zamanı bir sıra vacib təkliflərlə çıxış edərək onların reallaşacağına inandığımızı söylədim.1. Azərbaycanda mütləq bir Türk Kitab Evinin açılmasına ehtiyac var. 2. Məktəblərimizdə, universitetlərimizdə uşaqlarımıza, gənclərimizə ortaq Türk tarixi oxutmağın vacibliyi.3. Türkiyə Kültür və Turizm Bakanlığı dəstəyi ilə çıxan kitablardan 400-500 nüsxə Azərbaycan kitabxanalarına, universitetlərin kitabxanalarına göndərilməsinin vacibliyi, 4. Türkiyənin böyük yazar, şair və aydınlarını Azərbaycanda, Azərbaycannın böyük yazar, şair, aydınlarını Türkiyədə daha geniş tanıdıcaq layhələrin həyata keçirilməsi.5. İki qardaş ölkə arasında kültür turizminin genişlənddirilməsi istiqamətində layihələrin genişlənməsi və.s Sayın bakana təşəkkür edirəm ki, hər birimizin, bütün ziyalılarımızın təkliflərini diqqətlə dinlədi, qeydlər götürdü və onların həlli üçün addddımlar atacağını söylədi. Çox maraqlı söhbət oldu və inanıram ki, Nabi bəyin fəaliyyəti dövründə Türkiyə-Azərbaycan Kültür və Turizm əlaqələri daha da inkişaf edəcək.Qənirə Paşayeva, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler