Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Millet vekilinden Avropa Şurası Nazirler Komitesi sedrine çetin sual…

11 Ekim 2016

5:08 pm


11/10/2016 [21:05]: xeber –
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında hazırda Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrlik edən Estoniyanın xarici işlər naziri Yürgen Ligi çıxış edərək Assambleya üzvləri qarşısında AŞNK-nin fəaliyyəti ilə bağlı hesabatla çıxış edib. Estoniyalı nazir daha sonra AŞPA üzvlərinin bir sıra suallarını cavablandırıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumda təmsil olunduğu Avropa Liberallar və Demokratlar qrupu adından sual ünvanlayıb: “Cənab sədr, Avropanın müxtəlif ölkələrində radikallıq getdikcə artır. Bir çox siyasi partiyaların, siyasətçilərin radikal açıqlamaları insanlara mənfi təsir göstərir, radikallaşdırır, anti-miqrant, anti-İslam, anti-semitizm eyforiyasını, əhval-ruhiyyəsini Avropanın müxtəlif ölkələrində gücləndirir. Siyası partiyalar, siyasətçilər öz açıqlamaları ilə miqrantlar əleyhinə, İslam əleyhinə insanların radikallaşmasına səbəb olurlar. Və təssüf ki, bu cür radikal partiyalar hər seçkidə daha da çox səs alırlar. Bu radikal meyllərin Avropada artması NK ciddi narahat edirmi, qorxudurmu? Çünki bu meyllər bütün Avropanın gələcəyi üçün böyük risklər və dəhşətlər yarada bilər. Və NK bu cür radikal meyllərlə mübarizə istiqamətində hansı addımlar atır, hansı işləri görməyi planlaşdırır? Eyni zamanda Avropada mültukulturalizmi gücləndirmək, dəstəkləmək üçün NK hansı işləri görməyi, addımları atmağı planlaşdırır?” Azərbaycanlı millət vəkilinin sualına cavab verən Yürgen Ligi doğrudan da Avropa məkanında irqçilik, dözümsüzlük, ekstremizm və ksenofobiya kimi cərəyanların baş qaldırdığını bildirdi. “Bəli, siz haqlısınız, çox təəssüf ki, bir çox üzv dövlətlərimizdə irqçiliyin, dözümsüzlüyün, nifrət yayan və bu kimi digər ekstremist və ksenofob cərəyanlarının qalxmasını müşahidə edirik. Hələ bu qaçqın və miqrantlar problemindən qabaq da biz bir çox ölkələrdə, hətta deyərdim bütün üzv ölkələrdə görürdük ki, ksenofob və populist cərəyanlar get-gedə populyarlaşırdı. Bu tendensiya əlbətdə ki, Avropada sülhə və demokratik təhlükəsizlik üçün təhlükəlidir. Ksenofobiya, dözümsüzlük, ekstremizm və irqçiliklə mübarizə aparmaq Nazirlər Komitəsi üçün başlıca prioritet olan məsələlərdəndir. Biz, eyni zamanda terrorizmə gətirib çıxaran radikallıqla mübarizə aparmaq üçün xüsusi mexanizmlərdən də istifadə edirik. Bura dövlətlərlə aramızdakı müxtəlif fəaliyyət planları və eləcə də AŞ-da bu məsələlərlə məşqul olan müəyyən qurumlarla əməkdaşlığımız daxildir. Biz, AŞPA və NK səviyyəsində əlimizdə olan bütün alətlərdən istifadə etməliyik ki, bu kimi mənfi tendensiyalara qarşı daha da güclü mübarizə apara bilək”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler