Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Millet vekili Yaponiyanın QHT, KİV ve qadın teşkilatları rehberleri ile görüşdü

22 Temmuz 2016

6:36 am


22/07/2016 [10:35]: xeber –
Millət vəkili Q.Paşayeva Yaponiyanın QHT, KİV və qadın təşkilatları rəhbərləri ilə görüşdə Qarabağ problemindən danışıb.Millət vəkili, Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Yaponiyanın bir sıra qadın təşkilatları, tanınmış QHT və KİV rəhbərləri ilə görüşdə Azərbaycanla bağlı geniş məlumatlar verib, ölkəmizin tarixi, keçdiyi yol, əldə etdiyi uğurlar, iqtisadi və turizm potensialı barədə danşıb. Millət vəkili bildirib ki, Azərbaycanla Yaponiya arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur  və toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, əməkdaşlığın daha da genişlənməsi çox vacibdir və bu istiqamətdə QHT və KİV-lərin, qadın təşkilatlarının da üzərinə böyük bir misiya düşür. Millət vəkil Qənirə Paşayeva Yaponiyanın bir sıra QHT və KİV rəhbərləri, qadın təşkilatları ilə görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı Soyqırımı ilə də bağlı geniş məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməlidir. Yaponiyanın tanınmış qadın təşkilatları, QHT və KİV rəhbərləri Azərbaycana gəlmək istədiklərini bildiriblər və ölkənizi yaxından tanımaqdan məmnun olacağıq deyiblər və Azərbaycan QHT və KİV-ləri, qadın təşkilatları ilə əlaqələrin və əməkdaşlığın genişlənməsindən məmnuniyyət duyacaqlarını deyiblər.Millət vəkili Yaponiyanın KİV nümayəndələrinı Azərbaycan-Yaponiya münasibətləri, Azərbaycanın iqtisadi, turizm potensialı, Qarabağ problemi, Ermənistanın işal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı geniş müsahibələr də verib. 2017-ci ildə Ümumidünya Qadın Sammitinin Yaponiyada keçiriləcəyini deyən Sammit təşkilat komitəsinin sədri millət vəkili Q.Paşayevanı orada görməkdən məmuniyyət duyacaqlarını deyib və dəvət edib. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler