Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Millet vekili Vahid Əhmedov Qubada seçicileri ile görüşdü – Fotolar

20 Haziran 2016

8:48 am


20/06/2016 [12:46]: xeber –
sayt xəbər verir ki, deputat  iş qrafikinə uyğun olaraq Quba şəhərində qəbul üçün qeydiyyatdan keçmiş 52 nəfər Quba, Qusar və Xaçmaz  sakinlərini təkbə-tək qəbul edərək onların problemləri ilə maraqlanıb. Vətəndaşlar deputata onları narahat  edən bir çox məsələlərlə bağlı – iş tapmaqda yardımçı olmaq, evlərinin tikintisi və təmiri üçün inşaat materiallarının verilməsində köməklik etmək, ailədaxili münaqişələrin həllində yardımçı olmaq, sahibkarlıq fəaliyyəti üçün  kreditlər verilməsində köməklik və s. müracit ediblər. Son zamanlar  banklar və vətəndaşlar arsında yaranmış problemlər qəbul zamanı ən ciddi qabardılan məsələlərdən olub. Əhalinin böyük əksəriyyətinin banklardan asılı vəziyyətə düşməsi, devalvasiyadan sonra kreditlərin faizlərinin ödənilməsi ilə bağlı yaranmış gərgin vəziyyət çox vətəndaşlar üçün ciddi problemlər yaradıb. Deputat vətəndaşların diqqətinə çatdırıb ki, millət vəkilləri bu məsələ ilə bağlı təkliflər paketi hazırlayıb və rəhbərliyə təqdim olunub.Qəbul zamanı qaldırılan bir neçə məsələ yerindəcə həll edilib, qalanlarının həlli nəzarətə götürülüb, seçicilərin ərizələri qəbul edilib. Müqəddəs Ramazan ayı münasibətilə də deputatın təşəbbüsü və vəsaiti hesabına rayonda fəaliyyət göstərən bütün məscidlərin rəhbərləri ilə razılaşdırılmış vaxt və yerlərdə iftar süfrələrinin təşkili məsələsi müzakirə edilib, yekdil     qərara gəlinib. Belə ki, artıq rayonun Ərdəbil və Səkinəxanım məscidlərində deputatın səlahiyyətli nümayəndələrinin iştirakı ilə iftar süfrələri açılıb, müqəddəs ay münasibətilə dualar oxunub. Bu tədbir müqəddəs ayın  axırına kimi davam etdiriləcək.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler