Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Millet vekili TÜRK PA ve Türk Akademiyası rehberliyi ile görüşdü – Fotolar

23 Ağustos 2016

2:16 pm


23/08/2016 [18:14]: xeber –
Millət vəkili Qənirə Paşayeva TÜRK PA Baş Katibi Jandos Asanov ilə görüşündə bildirib ki bu gün Türk dövlət və toplumları arasında qarşılıqlı əməkdaşlıq və dəstəyin artmasına böyük ehtiyac var. Birliyimiz gücümüzü daha da artırar və buna hamımızın ciddi ehtiyacı var deyən millət vəkili Q. Paşayeva Ermənistanın işğalçılıq siyasəti, Qarabağ və Xocalı Soyqırımı həqiqətlərinin yayılmasında qardaş dövlət və toplumların səylərini daha da artırmasının vacibliyindən danışıb. Millət vəkili Q. Paşayeva Türk Akademiyasının rəhbərliyi ilə görüşündə isə ortaq türk tarixi dərsliklərinin türk dövlət və toplumlarında geniş yayılmasını vacibliyindən danışıb. “Türkdilli ölkələrinin ortaq tarix dərsliklərinin tədris edilməsinin böyük əhəmiyyəti var. Gələcək nəsillərin dildə, fikirdə, işdə birlik modeli ətrafında biri-birinə daha çox sahib çıxması, dəstək göstərməsi və güclənməsi bundan keçir.” “Türkdilli ölkələrin ortaq tarix və ədəbiyyat dərslikləri yazılmalı və bütün türk dünyasında tədris olunmalıdır”.Q. Paşayeva həmçinin türkdilli ölkələrin ortaq televiziya proqramlarının yayımının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb: “Belə olarsa türkdilli ölkələrin əhalisi arasında mənəvi bağlılıq daha da artar, bu sahədə inteqrasiya sürətlənər”. Millət vəkili Q.Paşayevanın Qırğızıstanın sabiq Mədəniyyət naziri Altınbek Maksutov və Buryatiya Türklərinin ictimai xadimləri ilə də görüşdə Qarabağ həqiqətlərindən, qondarma erməni soyqırımı yalanlarından geniş danışıb. Qənirə Paşayeva yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar deyib. Biz Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik deyən millət vəkili Q.Paşayeva xalqımızın bu istiqamətdə qardaş dövlət və toplumlardan daha çox dəstək gözlədiyini deyib. Millət vəkili bütün görüşlərdə Azərbaycan həqiqətləri ilə bağlı materialları qardaş dövlət və toplum rəsmilərinə, təşkilat rəhbərlərinə təqdim edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler