Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Millet vekili türk esgerinin müdafiesine qalxdı

22 Temmuz 2016

6:40 am


22/07/2016 [10:39]: xeber –
Məlum olduğu kimi, Türkiyədə
hərbi qiyam zamanı öldürülən türk əsgər və zabitlərinin dəfni zamanı dini ayinlərin
icrasından imtina olunub. Bununla bağlı sayt-a açıqlama verən millət vəkili
Araz Əlizadə baş verənləri insanlıqdan uzaq addım, faşizm kimi dəyərləndirib və
türk əsgərinə bu münasibətin yolverilməz olduğunu bildirib:

“Bu cür fitva verənlərin
özləri xalqın və dinin düşmənləridir. Ötən gün Türkiyə televiziyaında bir hadisə
haqqında danışılırdı. İki gün əvvəl orduya çağırılan bir gənc bu hadisələr
zamanı həlak olub, onu basdırmağa qoymurlar. Bu, faşizmdir. Əsgərlərin küçələrdə
döyülməsi faşizmdir. Mən gözlərimə inana bilmirəm. Həmin Türkiyə ki, orada əsgərə
mehmedcik,  yəni Məhəmmədin övladları
deyilirdi, necə olur ki, indi onları kütlə döyür? O hərbçilər ki, onların
başına and içirdilər, necə olur ki, onları zorakılığa məruz qoyurlar? Bunların
hamısı hazırlanmış bir şeydir. Bu qiyamın özü də də mənə 91-cı ildə SSRİ-də
olan KQCP-ni xatırlatdı. Mən inanmıram ki, türk hərbçiləri bu cür savadsız, səviyyəsiz
qiyam hazırlasınıar. Türkiyənin zabitləri çox güclü zabitlərdir. Əgər onlar həqiqətən
də qiyam etmək istəsəydilər, öz məqsədlərinə çatardılar. Insan qisas hissi ilə
yaşamamlıdır. Insan qisas hissi ilə yaşayırsa, öz insanlığını itirir”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler