Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Millet vekili Misir Medeniyyet ve Tehsil Əlaqeleri Merkezinin müdiri ile görüşdü -Fotolar

11 Ağustos 2016

7:20 am


11/08/2016 [11:15]: xeber –
Millət vəkili Qənirə Paşayeva Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi qonağa mərkəzin yaranma tarixindən, fəaliyyətindən, Misir və Azərbaycan arasında olan tarixi dostluq münasibətlərindən, mədəniyyət və elm sahəsindəki əməkdaşlıqdan bəhs edib.Dəfələrlə Misirdə səfərdə olduğunu deyən Azərbaycan-Misir Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Misirlə Azərbaycan arasında bütün istiqamətlərdə əməkdaşlığın genişləndiyini vurğulayaraq, o cümlədən mədəniyyət sahəsində əlaqələrin gələcəkdə daha da genişlənməsi üçün lazımi səylər göstərilməsinin vacib olduğunu, Misir və Azərbaycan əlaqələrindən bəhs edən müştərək tədbirlərin keçirilməsinə dair təkliflər irəli sürüb. Millət vəkili Q.Paşayeva Misirlə bağlı yazdığı “Qənirə Paşayeva ilə addım-addım Misir” kitabını başa çatdırdığını və sentyabr ayında oxucuların ixtiyarına veriləcəyini deyib. Millət vəkili Q. Paşayevanın Misirlə bağlı kitab yazmasını yüksək qiymətləndirdiklərini deyən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi millət vəkilinə təşəkkürünü bildirib və kitabın Azərbaycan oxucuları üçün maraqlı olacağına inandığını deyib. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin işi ilə tanış olan millət vəkili Q. Paşayeva məmnunluğunu ifadə edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler