Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Millet vekili Mehriban Əliyevaya müraciet eden seçicilerine cavab verdi…- FOTO

16 Ağustos 2016

12:16 pm


16/08/2016 [16:12]: xeber –
2 gün öncə sayt-da “Elmira Axundovanın seçicilərindən Mehriban Əliyevaya MÜRACİƏT…” sərlövhəli yazı yayımlanmışdı. Yazıda Masallı rayonunun Ərkivan qəsəbəsinin bir qrup sakininin Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciəti yer almışdı. Müraciətdə sakinlər bildirmişdilər ki, “Azərsu” ASC-nin sifarişi əsasında Dünya Bankının krediti ilə ESER şirkəti tərəfindən həyətlərə kanalizasiya və su xətti çəkilib. Çəkiliş zamanı həyətlərindəki meyvə ağacları məhv edilib və bunun müqabilində onlara kompensasiya təyin edilib. Amma bu vaxta qədər onlara vəd edilən kompensasiyanı ala bilməyiblər. Sakinlər onu da iddia edirdilər ki, bununla bağlı deputat Elmira Axundovaya da müraciət ediblər, lakin heç bir nəticəsi olmayıb. Bu gün millət vəkili Elmira Axundova sayt-da yayımlanmış həmin müraciətə məktubla münasibət bildirdi. Millət vəkilinin məktubunu olduğu kimi təqdim edirik:“Masallı rayonunun Ərkivan qəsəbəsinin bir qrup sakini adından Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya ünvanlanan və sizin saytınızda “Elmira Axundovanın seçicilərindən Mehriban Əliyevaya MÜRACİƏT…” başlığı ilə dərc edilən yazını diqqətlə oxudum. Həmin yazıda “dəfələrlə Ərkivan qəsəbəsi  üzrə deputat Elmira Axundovaya müraciət etsək də, heç bir xeyri olmamışdır” ifadəsini təəccüblə qarşıladım.Çünki bu məsələ ilə bağlı Ərkivan qəsəbə sakinləri Səfərov Raci Ələkbər oğlu (30 oktyabr 2015-ci il tarixdə) və Əliyev Həsən Əbiş oğlu (23 noyabr 2015-ci il tarixdə) mənə cəmi bir dəfə müraciət ediblər və onların ərizələrini öz deputat sorğumla “Azərsu” ASC-nin sədri cənab Qorxmaz Hüseynova ünvanlamışam.Məsələ ilə əlaqədar 05 yanvar 2016-cı ildə Meliorasiya və Su Təsərrüfatı ASC-dən mənə rəsmi qaydada bildirildi ki, problem “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin həyata keçirilməsi üzrə İşçi qrupunun, məsləhətçi və podratçı təşkilatların mütəxəssislərinin iştirakı ilə yerində araşdırılıb, vətəndaşlara dəymiş ziyan təsdiq olunub və məsləhətçi şirkətin mütəxəssisləri lazımi sənədləri onlardan götürərək kompensasiyanın müəyyən edilməsi üçün aidiyyəti qurumlara ünvanlayıb. Kompensasiyanın məbləği hesablandıqdan və Maliyyə Nazirliyi tərəfindən vəsait ayrıldıqdan sonra Sifarişçi təşkilat tərəfindən onların bank hesabına köçürüləcəkdir.Gördüyünüz kimi millət vəkili olaraq kompensasiyanın ödənməsi üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırmışam və müsbət cavab da almışam. Sadəcə olaraq vətəndaşların tələbinin təmin olunması və vəsaitin ödənməsi mənim yox, Maliyyə Nazirliyinin səlahiyyəti daxilindədir.Nəzərə almaq lazımdır ki, millət vəkili olaraq mən hər bir müraciətə, hər bir problemə həssaslıqla yanaşıram”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler