Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Millet vekili Macarıstan-Azerbaycan Parlamentlerarası Dostluq Qrupunun rehberi ile görüşdü

27 Temmuz 2016

7:00 am


27/07/2016 [10:58]: xeber –
 Millət vəkili Qənirə Paşayeva Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Marton Gyöngyösi ilə görüş zamanı Azərbaycan ilə Macarıstan arasında  bütün istiqamətlərdə əməkdaşlığın yüksək səviyyədə olduğunu və onun daha da inkişaf etməsinin məmuniyyətverici olduğunu deyib.  Millət vəkili görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət,  Ermənistanın bölgədə  bu gün də davam etdirdiyi təxribatlar  barədə Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Marton Gyöngyösiyə geniş məlumatlar verib. Hər zaman Qarabağ məsələsində, Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin yayılmasında göstərdiyi dəstəyə görə Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Marton Gyöngyösiyə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin, Qarabağ həqiqətlərinin, özəlliklə Xocalı Soyqırımı barədə həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması istiqamətində onun səylərini daha da artıracağına inandığını deyib. Azərbaycanla bağlı məsələlərə bundan sonra da hər zaman dəstək verəcəyini deyən Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Marton Gyöngyösi bildirib ki,  Azərbaycan dost ölkədir və o Azrbaycanla münasibətlərin bütün istiqamətlərdə daha da inkişafına böyük önəm verir. O, Azərbaycanı çox sevdiyini və  hər iki ölkə arasında  əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını deyib. Görüşdə qarşılıqlı əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulan yeni ortaq layihələr, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi, gənc nəsillərə çatdırılması, Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə çatdırılması,  Macarıstan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.  




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler