Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Millet vekili Cavid Hüseynovdan yazdı – “Bu cür istedadlı idmançılarımız çox deyil”

24 Eylül 2016

8:40 pm


25/09/2016 [00:33]: xeber –
“”Qəbələ” futbol klubunun istedadlı futbolçusu Cavid Hüseynovun artıq uzun müddətdir həbsxanada olması həqiqətən də üzücüdür. Jurnalistin ölümündə bilavasitə iştirakının olmasına nədənsə inana bilmirəm. Dünyasını dəyişmiş insanın valideyinlərinin duyğularını əlbəttə başa düşürəm, Cavidin qohumlarının jurnalistə qarşı zor tətbiq etməsini qınayıram, ancaq bir az da bu hadisə jurnalist ölümü ilə bağlı olduğundan beynəlxalq ictimaiyyətə mesaj vermək xatirinə sanki Cavid Hüseynova bu cür sərt cəza verildi. Bu cür istedadlı idmançılarımız çox deyil, gənc qohumlarının əməllərinin cəzasının ona şamil edilməsi məncə ədalətli sayılmaz. Şəxsən mən hansısa formada ölkə prezidentinə onun əhvi üçün müraciət etməyi məqsədəuyğun sayıram. Məncə, bu hadisə nəticəsində dünyasını dəyişmiş mərhum jurnalistin ailəsinə də bunu izah etmək mümkündür ki, bilavasitə bu əməli törətmiş insanlar layiqli cəzalarını alıblar, ola bilsin ki, Cavidin hansısa emosional addımı da proseslərin dramatikləşməsinə gətirib çıxarıb, ancaq burada bir gəncin, ailəsi qaçqınlıq həyatının iztirablarını yaşamış bir istedadlı futbolçunun hansısa səhvinin onun peşəsindən uzaqlaşmasına, uzun müddət həbsxanada qalmasına rəvac verməsi üzücü bir haldır. Anlayışla qarşılayıram ki, jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə görə həmkarları bu mövqeyə etiraz bildirsinlər, ancaq nəzərə almalıyıq ki, artıq neçə müddətdir bu adam həbsdədir, çox güman ki, öz səhvlərindən peşmanlıq duyur. Onun azad olunması üçün lazımı addımlar atılacağına nədənsə ümidim böyükdür. Allah qapısını açsın!”Fazil Mustafa, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler