Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Millet vekili AŞPA-nı Şahbaz Quliyev ve Dilqem Əsgerovun azadlığa buraxılması üçün Ermenistana tezyiq göstermeye çağırıb.

20 Haziran 2016

3:08 pm


20/06/2016 [19:04]: xeber –
Millət vəkili Q.Paşayeva AŞPA-nı Şahbaz Quliyev və Dilqəm Əsgərovun azadlığa buraxılması üçün Ermənistana təzyiq göstərməyə çağırıb.Bu gün AŞPA-da Azad müzakirələr zamanı çıxış edən millət vəkili Q.Paşayeva Assambleyaya çağırış səsləndirib:” Mən sizin diqqətinizə çox vacib bir məsələni çatdırmaq istəyirəm və bu problemin həllində səylərinizi artırmağa çağırıram. Ermənistan tərəfindən girov götürülən azərbaycanlılar – Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçiriblər. Onlar neçə aylardır qeyri-qanunu olaraq saxlanılarlar. Beynəlxalq ictimaiyyətin və Assambleyamızın çağırışlarına baxmayarq Ermənistan hələ də onları qeyri-qanuni saxlamaqda davam edir. Şahbaz Quliyev və Dilqəm Əsgərovun ailələri sizdən, Assambleyamımızdan daha böyük dəstək gösləyirlər.Mən Assambleyamızı Şahbaz Quliyev və Dilqəm Əsgərovun azadlığa buraxılması üçün səylərini daha da artırmağa çağırıram. Biz ümid edirik ki siz, Assambleyamız Şahbaz Quliyev və Dilqəm Əsgərovun insan haqlarının Ermənistan tərəfindən pozulmaqda davam etməsinə laqeyid qalmayacaq və ciddi addımlar atacaqsınız. AŞPA bu məsələyə özünün sərt münasibətini göstərməli və onların azadlığı üçün addımlar atmalıdır.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler