Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Millet vekili 1-ci qrup elillerin ödenişli ali tehsilden azad edilmesini teklif etdi

30 Eylül 2016

9:24 am


30/09/2016 [13:22]: xeber –
Qənirə Paşayeva Milli Məclisdə 1-ci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsini təklif edib. sayt xəbər verir ki, Milli Məclisdə çıxş edən millət vəkili Q. Paşayeva həmkarı Məlahət İbrahimqızının təklifini dəstəkləyərək 1-ci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə çıxış edib. “Bu adamların sayı o qədər də çox deyil. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Çünki onlar üçün çox çətindir bu vəsaiti ödəmək. Bir neçə gün əvvəl bir neçə görmə qabiliyyəti olmayan, ali məktəblərdə oxuyan 1-ci qrup əlil gənclərimizlə görüşdük. Təhsil haqqını ödəməkdə çətinlik çəkirlər və çox ağır vəziyyətdə qalıblar. Ona görə də bu məsələyə aydınlıq gətirilməlidir və universitetlərdə onların təhsil haqlarından azad edilməsi məsələsinə mütləq baxılmalı və məsələ öz həllini tapmalıdır. Bu, sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler