Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Millet vekili Əli Mesimli başsağlağı verdi

29 Haziran 2016

9:04 am


29/06/2016 [13:00]: xeber –
İyunun 28-dən 29-na keçən gecə Türkiyənin İstanbul şəhərindəki “Atatürk” Beynəlxalq Hava Limanında törədilən qanlı terror hadisəsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli başsağlığı verib. Başsağlığında deyilir:”Türkiyənin İstanbul şəhərinin Atatürk Hava Limanında törədilmiş terror hadisəsi nəticəsində həlak olanlara Tanrıdan rəhmət diləyir,onların ailələrinə,əzizilərinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm! Qardaş Türkiynin acısı- acımızdı!!! Dostluq, qardaşlıq, həmrəylik, sevgi, mərhəmət və ruzi təcəssümü olan,insanları Allah yolunda xeyirxah işlərə ruhlandıran, sülh, barış ayı olan, insanlara doğru yol göstərən müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu, RAMAZAN ayında qan, kütləvi ölümlər və qorxu yaratmaq məqsədi ilə bu cür amansız terroru törədənlərə və bunun insanlıqdan uzaq düşmüş vətənsiz,şərəfsiz,mənəviyyatsız sifarişçilərinə lənət olsun!”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler