Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Millet vekili Əli Bey Hüseynzadenin qebirüstünün abidesinin qoyulmasını teklif etdi

30 Eylül 2016

12:20 pm


30/09/2016 [16:18]: xeber –
Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Əli Bəy Hüseynzadənin qəbirüstünün yüksək səviyyədə abadlaşdırılması və abidəsinin qoyulması təklifi ilə çıxış edib. Milli Məclisdə çıxışı zamanı millət vəkili Q. Paşayeva Türkiyədə Əli Bəy Hüseynzadənin qızı ilə görüşünü vurğulayaraq bildirib ki, dahi şəxsiyyətin övladı heç bir qarşılıq gözləmədən təmənnasız Əli Bəy Hüseynzadədən qalan hər şeyi qiymətli rəsmlərini, əsərlərini, sənədləri, istifadə etdiyi avadanlıq və əşyaları Azərbaycan dövlətinə hədiyyə edib və indi onun ölkəmizə gətirilməsi istiqamətində işlər görülür. Əli Bəy Hüseynzadənin dəyərli övladının bu cür addımı yüksək qiymətləndirilir, çünki o, Əli Bəydən qalan hər şeyi məhz onun doğulduğu Vətənə bağışladı və biz ona təşəkkür edirik. Hesab edirəm ki, Azərbaycanın dahi övladlarından biri Əli Bəy Hüseynzadənin İstanbuldakı qəbirüstünün yüksək səviyyədə abadlaşdırılması, orada Əli bəyə bir abidənin ucaldılmasına, orada Azərbaycan və Türkiyə bayraqlarının birlikdə dalğalanmasına böyük ehtiyac var. İnanırm ki, bu məsələ qısa zamanda öz həllini tapacaq və bu məsələnin tezliklə həllinə çağırıram.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler