Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Millet gerek ayıq ola yatmaya…

13 Ekim 2016

10:04 am


13/10/2016 [14:03]: xeber –
Məzlumluğu peşə edəm özünə,Mürgüləyib yuxu verən gözünə,Yanacaqdır öz odunun közünə,Millət gərək ayıq ola yatmaya,Millət odur haqın yada satmaya.Qulu olma qul haqqını yeyənin,Şərindən qaç mələk donu geyənin,Fərqində ol səni hər gün əyənin,Millət gərək ayıq ola yatmaya,Millət odur haqqln yada satmaya.İşğaldadır dilbər guşən Qarabağ,Qan ağlayır, haray çəkir Qarabağ,Hünər göstər xilas olsun Qarabağ,Millət gərək ayıq ola yatmaya,Millət odur haqqın yada satmaya.Barsız qalıb xəzan olan torpağım,Budağından ayrı düşən yarpağımŞuşasında dalğalanmır bayrağım,Millət gərək ayıq ola yatmaya,Millət odur haqqın yada satmaya.Məkkəmiz, Mədinəmiz də vətəndi,Sevməyən vətənin ruhsuz bədəndi,Qoruya bilmədik, bədəl ödəni,Millət gərək ayıq ola yatmaya,Millət odur haqqın yada satmaya.13 oktyabr 2016Nurəddin İsmayıl


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler