Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Milix Yevdayevin “Jewish Journal” qezetinde meqalesi derc edilib

30 Haziran 2016

1:12 pm


30/06/2016 [17:10]: xeber –
Birləşmiş Ştatların nüfuzlu “Jewish Journal” qəzetində Bakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin “Müsəlman torpağında yəhudi parlamentariləri” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Birləşmiş Ştatlarda artan antisemitizm problemindən və qeyri-tolerant şəxslərin amerikalı yəhudilərə hücumlarından yazır. “Anti-Defamation League”in hesabatına görə, 2015-ci ildə ABŞ-da yəhudilərə fiziki və virtual hücumların sayı ondan əvvəlki illə müqayisədə 3 faiz çoxalıb. M.Yevdayev qeyd edir ki, səbəbindən asılı olmayaraq, yəhudilərə qarşı tolerantlığın zəifləməsi narahatlıq doğurur. O vurğulayır ki, bu cür hal əhalinin əksər hissəsinin müsəlmanlardan ibarət olduğu Azərbaycanda heç vaxt baş verə bilməz.Siyasi arenada tolerantlıqdan yazan müəllif bildirir ki, həm Azərbaycan Xalq Cümhuriyyəti və sovet dövründə, həm də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yəhudi millətinin nümayəndələri burada yüksək vəzifələri tutublar. Cümhuriyyət dövründə yəhudilər Azərbaycan parlamentinə seçiliblər. Yəhudi Yevsey Gindes 1920-ci ildə bolşevik işğalına qədər cümhuriyyətin səhiyyə naziri olub. Sovet dövründə digər respublikalardan xeyli sayda yəhudi Azərbaycana məhz buradakı tolerantlıq mühitinə görə gəlib. Tolerantlıq ənənələri 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da davam edib. Müəllif yazır ki, Heydər Əliyev Prezident seçiləndən sonra dini və etnik tolerantlıq dövlət siyasətinin mühüm hissəsinə çevrilib və hazırda Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirilib.M.Yevdayev daha sonra məqalədə Milli Məclisin deputatı Dağ Yəhudiləri İcmasının üzvü və 2005-ci ildən parlamentdə 53-cü Quba-Qusar seçki dairəsinin seçicilərini təmsil edən Yevda Abramov haqqında məlumat verib. O qeyd edib ki, Qırmızı Qəsəbənin əsası 1742-ci ildə Quba xanı Hüseynqulu xan tərəfindən qoyulub. Y.Abramov Qırmızı Qəsəbədə doğulub və iki dəfə Milli Məclisə deputat seçilib. O, Milli Məclisdə insan hüquqları komitəsi sədrinin müavini və Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun rəhbəridir. Müəllif yazır ki, Y.Abramov Azərbaycanla müttəfiqləri arasında münasibətlərin inkişafı istiqamətində fəal çalışır və bununla bağlı müxtəlif ölkələrdə, o cümlədən İsrail, Fransa, İtaliya, ABŞ, Avropa və Yaxın Şərqin digər ölkələrində olub.Müəllif məqalənin sonunda müxtəlif millətlərin nümayəndələri arasında qarşılıqlı əlaqələrin əhəmiyyətini, tolerantlığın və sülhün vacibliyini qeyd edir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler