Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mikayıl Cabbarovdan tedris ilinin başlanması ile bağlı açıqlama

14 Eylül 2016

4:48 pm


14/09/2016 [20:44]: xeber –
“Yeni 2016-2017-ci tədris ilinə nikbin baxırıq. Sentyabrın 15-dən ölkədə yeni 29 məktəb istifadəyə veriləcək”.Bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.Nazir bildirib ki, bu məktəblərin 7-si Təhsil Nazirliyi tərəfindən tikilib, 384 məktəbdə cari təmir işləri, 101 məktəbdə isə əsaslı təmir işləri yekunlaşıb: “Yeni tədris ilindən Fransız-Azərbaycan Universiteti də fəaliyyətə başlayacaq. 2500-ə yaxın yeni gənc müəllim ölkənin müxtəlif məktəblərində fəaliyyətə başlayacaq. Regionlardakı 200-dən çox məktəbə yeni direktorlar təyin edilib. Onlarla Bakı məktəblərinə yeni direktorlar təyin olunub”.O, həmçinin əlavə edib ki, son 3 ildə buraxılış və qəbul imtahanlarının nəticələrinin ildən-ilə daha da yüksəlməsi, tədrisin keyfiyyəinin artması müşahidə olunur: “Bundan başqa, ölkəmizin təhsil sisteminin maddi-texniki bazası gücləndirilir və bu, indi ənənə halı alıb”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler