Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mikayıl Cabbarova referenduma zerbe vuran müfettişler barede MÜRACİƏT

18 Eylül 2016

5:56 pm


18/09/2016 [21:55]: xeber –
sayt-ın poçtuna təhsil naziri Mikayıl Cabbarova ünvanlanmış bir ilginc şikayət məktubu daxil olub. Adının çəkilməsini istəməyən müəllif əslində hamıya, xüsusən də təhsil ictimaiyyətinə yaxşı tanış olan bir mövzuya toxunaraq hörmətli nazirdən dəstək istəyib, eyni zamanda həmkarı olan maliyyə nazirinə dövlət əhəmiyyətli bir kampaniyanı pozan əməkdaşları barədə məlumat verilməsini xahiş edib:”Məlumdur ki, ölkədə avqust ayından etibarən çox ciddi siyasi kampaniyaya start verilib. Dövlət başçısının təşəbbüsü ilə Konstitusiyaya əlavə və düzəlişlərlə bağlı referenduma ciddi hazırlıq işləri gedir. Lakin Bakı şəhərində bu prosesə dolayısı ilə badalaq vurmağa çalışanlardan biri də Maliyyə Nazirliyinin müfəttişləridir. Belə ki, may ayından bu günə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsində kök salıb oturmuş müfəttişlər 2 ay ərzində görməli olduqları işi acı bağırsaq kimi uzatmaqla məşğuldurlar. Bütün yayı məktəb direktorlarını, BŞTİ-nin xidmət bölmələrinin əməkdaşlarını qanunsuz olaraq istirahətdən, məzuniyyət hüququndan məhrum edən Maliyyə Nazirliyinin Rövşən, Mais və Fərhad adlı müfəttişləri hər dəfə də səlahiyyətlərini aşmaqla məşğuldurlar. Onlar qəbul etmək istəmirlər ki, bu mühüm kampaniyanı həyata keçirən, onun ağırlığını çiyinlərində daşıyan təhsil işçiləridir. Keçən dərs ilini yorğun-arğın başa vuran təhsil işçiləri bu cənabların ləngliyi ucbatından dincəlmədən siyasi kampaniyaya qoşulmaq məcburiyyətində qalıblar. Müfəttişlər indi də məntəqə seçki komissiyalarının işini pozmaqla məşğul olurlar. Onlar komissiya sədrlərini, üzvlərini tez-tez BŞTİ-nin 412 nömrəli otağına çağırır, hər gün müxtəlif sənədlər tələb edir, məktəblərə gedir, dərs prosesinə və məntəqə seçki komissiyalarının işinə mane olurlar. Hətta bəzi direktorlara qarşı təhqiramiz hərəkətlər artıq kluarlarda müzakirə edilməkdədir.Məsələdən kifayət qədər xəbərdar olan, adının çəkilməsini istəməyən bir təhsil işçisi bildirdi ki, belə getsə bütün təhsil işçiləri məntəqə seçki komissiyalarının tərkibindən istefa vermək və ya prosesi boykot etmək məcburiyyətində qalacaqlar. Çünki müfəttişlər onları adi texniki qüsurlara görə elə sıxma-boğmaya salıblar ki, seçki zamanı aldıqları 100-150 manat maaşdan belə imtina etmək qərarına gəliblər.Hamı düşünürdü ki, dərslərin başlanmasından sonra bu işə son qoyular. Lakin müfəttişlər əlavə bir ay da vaxt alaraq təkrar yoxlama aparmağa başlayıblar.Hər bir halda referendum kimi taleyüklü siyasi kampaniya dönəmində Maliyyə Nazirliyinin mövqeyi başa düşülən deyil. Bu cənablardan soruşmaq lazımdır – Siz kimə və nəyə xidmət edirsiniz?”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler