Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mikayıl Cabbarov universitet layihesine göre Fransaya getdi

25 Temmuz 2016

8:36 am


25/07/2016 [12:33]: xeber –
Təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Təhsil Nazirliyinin nümayəndə heyəti Fransaya rəsmi səfər edib.Səfərin əsas məqsədi prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycanda təsis olunacaq Fransız-Azərbaycan  Universitetinin  yaradılması prosesinin tamamlanmasıdır. Səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov və Strasburq Universitetinin prezidenti Alen Beretz arasında görüş keçirilib.sayt nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Görüşdə Azərbaycan Respublikasının ali təhsil sisteminin inkişafını təmin etmək məqsədi daşıyan “Birgə Fransız-Azərbaycan Universiteti” layihəsi müzakirə olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və dünyanın aparıcı ali məktəblərindən biri olan Strasburq Universitetinin iştirakı ilə yaradılan UFAZ-ın iki ölkə arasında əməkdaşlıq çərçivəsində təhsil imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler