Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mikayıl Cabbarov: “60 mine yaxın müellim…”

14 Ekim 2016

9:16 am


14/10/2016 [13:15]: xeber –
Bu gün Azərbaycanda 60 minə yaxın müəllim yeni sistem əsasında fəaliyyət göstərir. Təhsil naziri Mikayıl Cabbarov dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimində bildirib ki, müəllimlər artıq bu ildən yeni dərs yükü və əmək haqqı sistemi üzrə çalışırlar. Onun sözlərinə görə, 2017-ci ildə də bu proses davam etdiriləcək. M.Cabbarov vurğulayıb ki, gələn il yeni əmək haqqı və dərs yükü ilə əhatə olunan müəllimlərin sayı 100 minə çatdırılacaq.Təhsil naziri vurğulayıb ki, müəllim olmaq hər bir dövrdə çətin bir vəzifə olub, yaşadığımız dövr müəllim peşəsinin daşıyıcıları üçün daha önəmli və məsuliyyətlidir: “Müəllim sinif otağında, ali məktəb auditoriyasında yeganə bilik mənbəyi deyil. Məlumatın çox qısa və asan şəkildə əldə edilməsi imkanlarının çoxluğu müəllimin, tədris sistemində işləyənlərin fəaliyyətinin diqqət mərkəzində olması imkanlarını xeyli dəyişdirib. Biz əminliklə deyə bilərik ki, təhsil sistemində çalışan müəllimlər bir tərəfdən bu günün tələblərini yaxşı anlayır, digər tərəfdən isə qarşıda duran məsələlərin həlli üçün lazımlı gücə malikdir”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler