Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Mi-6” ermeni nazirle dövlet çevrilişi hazırlayır – Gözlenilmez iddia

17 Ağustos 2016

12:12 pm


17/08/2016 [16:11]: xeber –
Ali Radanın sabiq üzvü Britaniya kəşfiyyatının Ukrayna prezidenti Poroşenkonu devirmək ssenarisi barədə ilginc açıqlamalar verdi…Ukrayna Ali Radası binasının yaxınlığındakı “Kiyev”  mehmanxanasında gizli bir qərargahın formalaşmasına başlanılıb. Oradan hazırkı daxili işlər naziri Arsen Avakov və spiker Andrey Parubiy prezident Pyotr Poroşenkonun devrilməsinə rəhbərlik edəcəklər… sayt-ın verdiyi xəbərə görə, bu haqda məlumatı Ukrayna Radasının sabiq deputatı Oleq Tsaryov özünün internet saytında yazır. Avakov “Kiyev” mehmanxanasının 17-ci mərtəbəsini niyə zəbt edib? “Mehmanxananın 17-ci mərtəbəsini yüksək məxfilik şəraitində daxili işlər naziri Arsen Avakov, onun köməkçiləri və cangüdənləri üçün hazırlayırlar”. Siyasətçinin sözlərinə görə,   Radanın spikeri A.Parubi də buraya köçməyə hazırlaşır. Onun üçün də 3 iki otaqlı nömrəni təmir edirlər. Avakov və Parubinin bu məkanına yalnız xüsusi olaraq yoxlanılmış özəl xidmət heyəti daxil ola bilər. Birinci mərtəbədəki liftin qarşısında silahlı mühafizəçi dayanır və kənar şəxslərin daxil olmasına imkan verilmir… Fəthullah Gülən əvəzinə-Arseniy Yatsenyuk…Eks-deputat Ukraynadakı hazırkı vəziyyəti Türkiyədəki qiyamdan öncəki situasiya ilə müqayisə edir. “Amerikanın ”İncirlik” bazası yerinə burada “Kiyev” mehmanxanası var. Fəthullah Gülən əvəzinə isə Arseniy Yatsenyuk(baş Ukraynanın hazırda ABŞ-da yaşayan keçmiş naziri-S.L.)…”Yanukoviç dövründə Avakovun tutulmasına “Mi-6” imkan verməyib…O.Tsaryov iddia edir ki, Britaniyanın “Mi-6” kəşfiyyatı erməni mənşəli nazir A.Avakovla çoxdan işləyir.  “Avakov Yanukoviçdən İtaliyada gizlənəndə məhz ingilis kəşfiyyatı onun Xarkovdakı maliyyə fırıldaqlarına görə(A.Avakov 2005-2010-cu illərdə Xarkov vilayətinin rəhbəri işləyib-S.L.) Ukraynaya təhvil verilməsinə imkan verməyib. Hələ onda ingilislər bu banditi himayələrinə alaraq Ukraynada ən çirkli işləri görməsi üçün onu əllərində saxlayıblar…Krımdakı son təxribatları da “Mİ-6” təşkil edib?Krımdakı baş tutmayan terror aktları “Mi-6”-nın və onun agenturasının  uğursuzluğudur. Ancaq  Rusiya ilə sərhəddə vəziyyətin gərginləşməsini davam etdirmək gərəkdir. Və Trampın seçkilərdə qələbəsinin qarşısını almaq üçün “balaca müharibə” lazımdır. Poroşenko baş təxribatçı rolunun öhdəsindən gəlmir. “Mi-6” diktator roluna Avakovu itələyir.  “Azov”, “Donbas”, “Kiyev-1” və s. cəza batalyonları, “şaykalar” onun nəzarəti altındadır. Odur ki, Avakovun və onun  cəlladlarının  şəxsində Rusiyaya qarşı istənilən avantüraya gedə biləcək tam debilləri hakimiyyətə gətirmək üçün cəhənnəm ssenarisi  hazırlanır…”-deyə kemiş Rada üzvü yazısını bitirir.Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler