Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Metsamor AES – transmilli cinayetkar qrupların qazanc menbeyi

23 Eylül 2016
7:48 am


23/09/2016 [11:45]: xeber –
Son zamanlar nüvə və radioaktiv materialların qaçaqmalçılığında Ermənistanın xüsusi rol oynaması faktları artmaqdadır. Qonşu dövlətlərin ərazilərində Ermənistan vətəndaşlarının iştirakı ilə dəfələrlə radioaktiv materialların qaçaqmalçılığı ilə məşğul olan qruplar ifşa olunmuşdur. Bu qruplardan bəziləri hətta yüksək zənginləşdirilmiş uranın və Sezium 137 materialının Ermənistan ərazisindən çıxarılmasına da cəhd göstərmişlər. Sadalanan faktlar narahatçılığa əsas yaradır.2014-cü ildən etibarən 8 nəfər Ermənistan vətəndaşı Gürcüstan ərazisi vasitəsilə nüvə materiallarının qaçaqmalçılığı və ya satışının həyata keçirilməsi cinayətlərinə görə həbs edilmişlər. 2016-cı ilin yanvar ayında bu ölkənin 3 vətəndaşı Sezium 137 materialını sərhəddən keçirmək cəhdinə görə saxlanılmışdı. Bundan öncə isə 2014-cü ilin avqust ayında eyni cinayət əməlinə görə 2 Ermənistan vətəndaşı məsuliyyətə cəlb edilmişdi.Post-sovet məkanında radioaktiv maddələrin qanunsuz dövriyyəsinin təşkili əsasən Ermənistan vətəndaşlarının iştirakı ilə həyata keçirilir. Bunun səbəbi keçmiş SSRİ ərazisində ən nəzarətsiz atom elektrik stansiyasının məhz Ermənistanda yerləşməsi ilə bağlıdır. Başqa sözlə, Qafqaz kimi seysmik aktiv bir regionda Metsamor AES-in fəaliyyətini davam etdirməsi nəinki nüvə fəlakəti riskini hər zaman aktual edir, bu obyekt eyni zamanda transmilli mütəşəkkil cinayətkar qrupların da fəaliyyətini stimullaşdırır.Təsadüfi deyil ki, bu ilin aprel ayında Gürcüstan ərazisində nüvə materiallarının (yüksək zənginləşdirilmiş U-238) qaçaqmalçılığına görə saxlanılan 3 nəfər Ermənistan vətəndaşından ibarət qrupun hər bir üzvünün əvvəllər Metsamor AES-də çalışdıqları məlum olmuşdur. Hətta onlardan birinin Ermənistan xüsusi xidmət orqanlarının sabiq əməkdaşı olduğu müəyyən edilmişdir. Qrup tərəfindən 200 milyon ABŞ dolları məbləğində uranın Yaxın Şərq regionuna satılması planlaşdırılırdı. Xatırlatmaq məqsədilə yalnız bir məqamı qeyd edək – U-238 xeyli sayda insan tələfatına səbəb ola biləcək ölümcül vasitələrin, o cümlədən «çirkli bomba»ların hazırlanması üçün istifadə edilə bilər. Bugünkü Yaxın Şərqin isə beynəlxalq terror təşkilatlarının fəaliyyəti üçün «cənnət» olmasını xatırlatmağa ehtiyac yoxdur. Bu ayrı bir mövzudur.Metsamorda tətbiq edilən nüvə və fiziki təhlükəsizlik standartlarının heç bir beynəlxalq tələblərə cavab verməməsi artıq bir faktdır. Bu fakt ABŞ, Avropa İttifaqı və digər beynəlxalq instansiyaların nüvə təhlükəsizliyi problemlərinə həsr olunmuş hesabat və tədqiqatlarında dəfələrlə öz əksini tapmışdır. Beynəlxalq dairələr hətta bu stansiyanın təhlükəsizliyinin təmininin subsidiyalaşmasını da öz üzərinə götürmüşlər. 20 ildən artıqdır ki, Ermənistan dövləti qarşısında stansiyanın bağlanılması ilə bağlı tövsiyələr və tələblər irəli sürülməkdədir. Çünki elektrik enerjisinin istehsalı və idxalı ilə bağlı əlavə imkanlara malik olan Ermənistanın atom elektrik stansiyasına ehtiyacı yoxdur. Bu stansiya o zamankı SSRİ rəhbərliyinin mərkəz üçün maksimum təhlükəsiz, ucqar bir yerdə yaratdığı laboratoriyadan başqa bir şey deyil. Digər tərəfdən, axı Ermənistanın əhalisi də bir o qədər çox deyil ki, ölkədə elektrik enerjisinə tələbat yüksək səviyyədə olsun və bunun üçün atom stansiyasına ehtiyac duyulsun. Erməni demoqrafların hesablamalarında mövsümi işlər və daimi yaşayış məqsədilə insanların xarici ölkələrə miqrasiyası səbəbindən hazırda Ermənistanda maksimum 2 milyon nəfərin ola biləcəyi qeyd olunur. Belə olan halda Cənubi Qafqaz kimi kiçik coğrafi və seysmik fəal bir arealda nüvə materiallarının bu cür nəzarətsiz istismarını həyata keçirən bir mərkəzin mövcudluğu nəinki Ermənistan, bu dövlətlə həmsərhəd olan digər ölkələr, o cümlədən İran, Türkiyə, Azərbaycan və Gürcüstan üçün də dağıdıcı təsirə malik ola bilər.Metsamordan nüvə tullantılarını rahat şəkildə əldə edən cinayətkar şəbəkə bunların xarici bazarlarda realizasiyası üçün Gürcüstan ərazisindən istifadə etməyə səy göstərir. Azərbaycan və Türkiyə ərazisinə çıxışı olmayan, İrandan isə ehtiyatlanan şəbəkələr Gürcüstanı daha əlverişli marşrut qismində nəzərdən keçirirlər. Gürcüstan istiqaməti onlara həm də Qara dəniz vasitəsilə Avropa «bazarları»na çıxış imkanı verir. Avropanın bəzi ölkələrində ermənilərin qüvvətli sosial mövqelərə malik olması onlara burada lazımi əlaqələrin qurulması baxımından əlverişli imkanlar yaradır. Bu müstəvidə son dövrlər diqqəti cəlb edən digər tendensiya erməni və kürd mənşəli cinayətkar qrupların əməkdaşlığı ilə bağlıdır. Kürdlərin də ermənilər kimi Yaxın Şərqdə və Avropada təsirli mövqelərə malik olması «kürd-erməni əməkdaşlığı» üçün münbit şərait yaradır.Metsamordan sistematik olaraq nüvə tullantılarının çıxarılması və xarici bazarlarda realizasiyası cəhdləri bir sıra şübhələrə əsas yaradır.Məlumdur ki, hər bir dövlətdə nüvə sektoru maksimum qorunan və bilavasitə dövlətin nəzarətində olan bir sahədir. Əslində bu zərurət Ermənistan üçün də istisna olmamalıdır. Lakin Ermənistanda biz başqa mənzərənin şahidi oluruq. Bu gün Ermənistan faktiki olaraq radioaktiv maddələrin qanunsuz dövriyyəsinin əsas mənbə ölkələrindən biri kimi çıxış edir. Adətən nüvə sektoru kimi yüksək mühafizə standartlarının yaradılmasını tələb edən sahədə bu cür dərəbəyilik hallarının mövcudluğu dövlətin daxilində olan müəyyən qüvvələrin bu işdə marağının olması ilə izah edilir.Ermənistanın gəlir imkanları çox məhduddur. Kasad sərvətlərə malik olan bu ölkənin nə Azərbaycan kimi zəngin təbii ehtiyatları, nə də Gürcüstan kimi tranzit potensialı və inkişaf etməkdə olan turizm sektoru mövcud deyil. Azərbaycan torpaqlarının işğalı və Türkiyəyə qarşı müxtəlif iddiaları səbəbindən Ermənistan faktiki olaraq özünü iqtisadi və nəqliyyat blokadasına məhkum etmişdir. Belə vəziyyətdə dövlət elitasında təmsil olunan şəxslər özləri üçün əlavə gəlir imkanlarının yaradılmasında maraqlıdırlar. Radioaktiv maddələrin qanunsuz ticarəti isə ən gəlirli cinayət sahələrindən olduğundan erməni məmurların bu sahəyə xüsusi həvəs göstərməsi istisna edilməməlidir. Radioaktiv maddənin Metsamordan maneəsiz bir şəkildə əldə edilməsi, Ermənistanın az qala yarısını keçərək problemsiz Gürcüstan sərhədinə çatdırılmasının başqa bir məntiqi izahını tapmaq çətindir.Radioaktiv materialların qanunsuz dövriyyəsində birbaşa Ermənistanın xüsusi xidmət orqanları əməkdaşlarının iştirak etməsi isə xüsusən acınacaqlıdır. Ermənistan mətbuatının son məlumatlarına əsasən, hakim Respublikaçılar partiyasının deputatlarından olan Miqran Movsisyanın yaxın qohumu Arakel Movsisyan uran qaçaqmalçılığına görə həbs edilən şəxslərdən biridir. Miqran Movsisyan bildirmişdir ki, Arakelin həbsdən azad olunması üçün əlindən gələni edəcək – uran qaçaqmalçılığının necə ağır cinayət əməli olmasına baxmayaraq. Bir müddət əvvəl Ermənistanın müdafiə naziri Seyran Ohanyanın, cari ilin 29 aprel tarixində isə Ermənistanın sabiq baş naziri və hal-hazırda «Ermənistan Milli Konqresi»ndən olan deputat Hrant Baqratyanın Ermənistanın xüsusi təyinatlı gizli silaha və «nüvə silahı»na malik olması barədə açıqlamaları suallar doğurur. Bütün bunlar Ermənistanda hüquqi və siyasi dərəbəyiliyin səviyyəsini nümayiş etdirir.Ermənistan Respublikasının bu əməlləri Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə bağlı təminatların tətbiq edilməsi barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə Ermənistan arasında imzalanmış Saziş, Nüvə Materiallarının Fiziki Mühafizəsi haqqında Konvensiya və ona Düzəliş, Nüvə Təhlükəsizliyi haqqında Konvensiya, Nüvə Terrorizmi fəaliyyətinə qarşı Beynəlxalq Konvensiya, AEBA-nın «Radioaktiv Mənbələrin Təhlükəsizliyi üzrə Davranış Məcəlləsi» və «Radioaktiv Mənbələrin İxracı və İdxalı Qaydaları», habelə BMT Təhlükəsizlik Şurasının nüvə, kimyəvi və bioloji silahlar və onların çatdırılma vasitələrinin yayılmasının qarşısının alınması barədə 1373 və 1540 saylı qətnamələri çərçivəsində Ermənistanın öhdəlikləri ilə ziddiyyət təşkil edir.Ermənistan tərəfindən sistematik şəkildə həyata keçirilən radioaktiv materialların qaçaqmalçılığı hallarının, habelə Azərbaycana qarşı qisas hissinə köklənən Ermənistanın rəsmi şəxslərinin «nüvə silahı» barədə təhdidlərinin AEBA tərəfindən ciddi şəkildə nəzarətə götürülməsi və araşdırılması son dərəcə zəruridir.Aygün Paşayeva


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler