Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Metrodan istifade etmek qebahetdirmi?” – İşe metroyla gedib-gelen rektor danışdı

10 Ağustos 2016

11:12 am


10/08/2016 [15:08]: xeber –

sayt-da
az əvvəl təhsil eksperti Etibar Əliyevin Bakıda universitet rektorunun metrodan
istifadə etməsi ilə bağlı yazısı getmişdi. E.Əliyev bu barədə məlumat versə də,
rektorun kimliyini açıqlamamışdı. Necə deyərlər, oxu atıb, yayı gizlətmişdi. Ancaq,
axtarış aparmaq üçün bir ip ucu vermişdi, rektorun və ya universitetin adını bildirməsə
də, onun vəzifəyə yeni təyin olunanlardan biri olduğunu qeyd etmişdi.

Oxucularımızın
marağını və həmin rektorun adını öyrənmək istəmələrindən yola çıxaraq, Etibar
Əliyevin sirr saxladığı rektorun kimliyini müəyyən etdik. Öyrəndik ki, həmin şəxs
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlıdır.

Məlumatı dəqiqləşdirmək
üçün rektorun özü ilə əlaqə saxlayıb “Metroda tez-tez görünən rektor sizsinizmi”
sualını ünvanladıq. Rektor sualımızı təbəssümlə qarşılayıb elə sualla da
cavabladı: “Metroda tez-tez görünmək, ümumiyyətlə metrodan istifadə etmək qəbahətdirmi?”.

Mustafa
Babanlının bu cavabından, daha doğrusu sualından əmin olduq ki, əldə etdiyimiz
məlumat doğrudur. Rektorla danışmışkən bir neçə sual daha verdik. Soruşduq ki,
olmaya xidməti maşınını satıb, yoxsa universitetin ətrafı tıxac olduğundan
metrodan istifadə edir, metroda tələbələri ilə rastlaşırmı, bu zaman ona daha
çox hansı sualları verirlər.

Rektor hazırda
ölkədən kənarda olsa da, suallarımızı çox səmimi şəkildə cavablandırdı. Bildirdi
ki, sürücünün işi çıxanda və ya tıxac probleminə görə tez-tez metrodan istifadə
edir və burda qəbahət hesab ediləcək nəsə görmür:

“Sürücü də
insandır, onun da hər hansı bir işi çıxa bilər. Yaxud da yollarda tıxac olanda
tələsdiyim məkana gecikə bilərəm. Buna görə də ən tez başa gələn və rahat nəqliyyat
vasitəsi olan metrodan istifadə edirəm. Tələbələrimlə metroda tez-tez
qarşılaşırıq. Dəfələrlə maraqlı hadisələr də yaşanıb. Onlar məni metroda, qatarda
görəndə çox təəccüblənirlər. Amma çox sual vermirlər, daha çox yaxınlaşıb şəkil
çəkdirmək istədiklərini bildirilər. Və yaxud da hansı məsələ, problem barədə
soruşurlar və mən də onlara istiqamət verirəm.

Məndən Moskva
Dövlət Universitetinin sabiq rektoru akademik Anatoli Loqunov kimi işə gəlmək
üçün velosipeddən də istifadə edərsinizmi deyə soruşurlar. Cavab verirəm ki, velosipeddən
istifadə etsəm yəqin ki, birmənalı qarşılanmaram. Həm də velosipedə bir o qədər
marağım yoxdur. Ancaq metrodan, ictimai nəqliyyatdan istifadə etmək, insanların
arasında olmaq, onlarla ünsiyyət qurmaq mənim üçün çox xoşdur”.

M.Babanlı
metrodan piar məqsədilə istifadə edənlərə də münasibət bildirdi:  “Metro çox rahatdır və ünsiyyət üçün metrodan
gözəl vasitə yoxdur. Ancaq gərək bu xüsusi hazırlanmış, piar xarakterli bir iş
olmaya. Məni metroda görsünlər deyə bir gün metrodan istifadə etmək artıq
yaraşmayan bir işdir. Mütəmadi olaraq metrodan istifadə etdikdə isə bu adi hala
çevrilir, heç kim də narahat olmur”.  

 

Rumiyyə  


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler