Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Metbuatımızın dövletimizin imicinin formalaşmasındakı rolu inkaredilmezdir”

26 Temmuz 2016

3:40 pm


26/07/2016 [19:36]: xeber –
“Mətbuatımızın dövlətimizin
imicinin formalaşmasındakı rolu inkaredilməzdir”.

sayt xəbər verir
ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdyi qurumun Vergilər
Nazirliyi ilə birgə təşkilatçılığı ilə keçirilmiş “Azərbaycanın vergi sistemi
yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinin nəticələrinin
elan olunması və qaliblərin mükafatlandırılması mərasimində bildirib. Ə.Amaşov
mətbuatın milli dövlətçilik şüurunun inkişafındakı əhəmiyyətinin də böyük
olduğunu bildirib:

“Azərbaycan məbuatı hər
zaman milli dövlətçilik şüurunun inkişafında mühüm rol oynayıb, bu istiqamətdə əhəmiyyətli
addımlar atıb. Hələ 1875-ci ildə dərc edilən “Əkinçi” qəzetində milli şüurun
oyadılması, milli dövlətçiliyin yaradılması ilə bağlı nüanslar özünü hiss
etdirirdi. Şərqdə ilk cümhuriyyətin məhz Azərbaycanda yaranması da bizim üçün fəxredici
bir olaydır. Bu gün də milli mətbuatımiz milli dövlətçilik şüurunun möhkəmlənməsi,
Azərbaycan dövlətinin imicinin formalaşması, beynəlxalq nüfuzunun artmasında önəmli
rol oynayır. Mətbuatın bu istiqamətdəki fəaliyyəti təqdirəlayiqdir”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler