Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Metbuat ve internet azadlığının leğvi nezerde tutulmur”

29 Temmuz 2016

9:04 am


29/07/2016 [13:02]: xeber –
Son
günlər bəzi millət vəkilləri, siyasilər televiziya və internetin gənc nəslin əxlaqına
öldürücü təsir göstərdiyini əsas gətirərək, media və internet üzərində
senzuranın tətbiq edilməsinin vacibliyini vurğulayır. Maraqlıdır, doğrudanmı media və internet gənc nəslin əxlaqi tərbiyəsinə ciddi zərbə
vurur və doğrudanmı problemi önləməyin yeganə yolu senzuranın tətbiq edilməsidir?

Məsələ
ilə bağlı sayt-a açqlama verən millət vəkili, “Yeni Azərbaycan” qəzetinin
baş redaktoru Hikmət Babaoğlu, ölkədə media və internet üzərində senzuranın tətbiqinin
nəzərdə tutulmadığını, problemin bu yolla həllini doğru hesab etmədiyini
vurğuladı:

“Azərbaycanda
soz və mətbuat, o cümlədən internet azadlığı mövcuddur. Bunların məhdudlaşdırılması
isə heç bir halda nəzərdə tutulmur. Senzura böyük dövlət xadimi Heydər Əliyev tərəfindən
hələ 1998- ci ildə ləğv edilib. Preziden İlham Əliyev isə qeyd edib ki, Azərbaycanda
hər cür azadlıqlar, o cümlədən internet azadlığı var. Ona görə də söhbət yalnız
internet resurslarından və televiziyaların imkanlarından səmərəli istufadənin təkilindən
gedə bilər. Düşünürəm ki, bu məsələdə doğurdan da problem var.

Biz
internet üzərindən coxsayli və coxistiqamətli informasiya mənbələrinə çıxış əldə
edirik. Bəzən bu mənbələr ictimaiyyyətimizin əxlaqi kriteriyaları ilə uzlaşan
olmur, yaxud milli maraqlarımız baxımından zərərli hesab edilən nəticələr
doğurur. Ona görə də bu məsələdə daha cox ehtiyatlı olmalıyıq. Xüsusilə
informasiya bazarında olan manipuliativ informasiyalar xüsusi məqsədə xidmət
etdiyi üçün və insanların şüurunu kənardan idarə edə biləcək gücə sahib olduğu
üçün belə informasiyalara qarşı olduqca həssas olmalıyıq. Ancaq bunlar senzura
yolu ilə deyil, maarifləndirmə yolu ilə olmalıdır ki, hazırda Azərbaycanda da
elə bu işlər həyata keçirilir və intellektual cəmiyyətin yaradılması istiqamətinə
cox böyük işlər görülür”.

 

Seymur
Əliyev

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler