Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Metbuat vasitesi ile daxili işler nazirinden xahiş edirem ki…”

27 Ekim 2016

8:36 pm


28/10/2016 [00:34]: xeber –
Balakən rayonu Hənifə kənd sakini Muradov Elxan Abdusalam oğlu tərəfindən                           ŞİKAYƏT 9 ay əvvəl Balakən rayonunda mədəniyyət evinin arxasında “Türk Kafesi” adlanan restoranı icarəyə götürüb işlədirdim. 24 oktyabr 2016-cı il tarixdə gecə saatlarında restorana naməlum şəxslər daxil olub kassadakı pulları, şəxsiyət vəsiqəmi və vöenimi oğurlayıblar. Bu barədə Balakən Rayon Polis Şöbəsinə şikayət etsəm də heç bir tədbir görmək istəmirlər. Əsasən belə oğurluq cinayəti barədə məlumat verən kimi polis dərhal hadisə yerinə gəlib isti-isti izlər götürür, digər zəruri əməliyyat tədbiri keçirir. Ancaq bir neçə gün keçməsinə baxmayaraq Balakən Rayon Polis Şöbəsindən bir səs çıxmır. Zəng edib soruşanda deyirlər ki, səbrli olun, baxılacaq. Başa düşə bilmirəm oğurluq cinayətinin izi itəndən sonra bunlar nəyə baxacaqlar? Mən mətbuat vasitəsi ilə daxili işlər naziri cənab Ramil Usubovdan xahiş edirəm ki, icarəyə götürdüyüm restoranda baş vermiş oğurluq hadisəsinin üstünü ört-basdır etmək istəyən Balakən RPŞ-nin rəhbərliyi barədə tədbir görsün və baş vermiş oğurluq cinayətinin üstünün açılması üçün müvafiq tapşırıqlar versin.Əlaqə telefonu; 070 587-56-77


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler