Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Metbuat Şurasından yekun açıqlama…

26 Eylül 2016

3:52 pm


26/09/2016 [19:49]: xeber –
Mətbuat Şurası referendumda jurnalistlərin peşə vəzifəsini yerinə yetirmələri ilə bağlı monitorinqini başa çatdırıb.Şuradan verilən məlumata görə, monitorinq iki istiqamətdə aparılıb. Şuranın İdarə Heyətinin üzvləri gün ərzində istər paytaxtda, istərsə də bölgələrdəki dairə və məntəqə komissiyalarında olublar. Onlar medianın sərbəst şəkildə səsvermənin gedişini işıqlandırdıqlarının şahidi olublar. Hər hansı nöqsan qeydə alınmayıb. Eyni zamanda jurnalistlər üçün fəaliyyət göstərməyə yaradılan şərait və imkan da qənaətbəxş qiymətləndirilib.Monitorinqin digər istiqamətini “qaynar xətt” rejimi təşkil edib. Mətbuat Şurasının 012 441 35 30 nömrəli şəhər, 055 201 99 26 saylı mobil telefon nömrəsi saat 8.00-dan 19.00-dək bu rejimdə fəaliyyət göstərib. Peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən “qaynar xətt”ə hər hansı müraciət daxil olmayıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler