Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Metbuat Şurası sedrinden media ictimaiyyetinin intizarla gözlediyi TƏKLİF,,,

30 Eylül 2016

7:04 pm


30/09/2016 [23:03]: xeber –
sayt xəbər verir ki, payız sessiyasının ilk iclasında çıxış edən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov nəhayət ölkənin informasiya siyasətində həlledici rola malik olmaqla xəbər istehsalçılığı sahəsində qəzetləri tamamilə kölgədə qoyan elektron medianın da dövlət tərəfindən maliyyələşməsi məsələsini qaldırdı və deputat həmkarlarından bu məsələdə dəstək istədi.Hesab edirik ki, bizlər də elektron media təmsilçiləri olaraq MŞ sədrinin bu təşəbbüsünü dəstəkləyərək ölkə prezidentindən məsələyə müdaxilə etməsini xahiş etməliyik.Biz bu gündən etibarən ölkənin sanballı elektron media qurumlarının rəhbərləri və millət vəkilləri ilə iş aparmaq qərarına gəlmişik və hamını bu prosesə dəstək verməyə dəvət edirik.Hələliksə mövzunun aktuallığını nəzərə alaraq sayt Əflatun bəyin parlamentdəki bu günki çıxışını sinxron olaraq oxuculara təqdim edirik:”Fürsətdən istifadə edərək prezident İlham Əliyevə jurnalist həmkarlarımız adından təşəkkürümüzü bildirmək istəyirəm. Yadınızdadırsa çıxışlarımda medianın əlavə dəyər vergisindən azad edilməsinin vacibliyini vurğulamışdım. Dövlət başçısı jurnalistikanın bu məsələdən itkisiz çıxması üçün çox böyük addım atdı. Onun sərəncamı ilə yayda milli mətbuatımızın yubileyi ərəfəsində mətbuatımıza bir milyon manat da yardım ayrıldı. Bu məbləğ də ölkənin aparıcı KİV-ləri arasında bölüşdürüldü. Hesab edirəm ki, əlavə dəyər vergisinin tətbiqi ilə bağlı yaranmış ağır durum aradan qalxdı. Belə təşəbbüslərin davamlı olacağına inanıram. Cənab İlham Əliyevin şəxsində Azərbaycan dövləti hər zaman mediamıza, jurnalistlərimizə diqqət və qayğı ilə yanaşıb. İndi müzakirə etdiyimiz Milli Məclisin 2016-cı il payız sessiyasının qanunvericilik işləri planı kifayət qədər dolğundur. Amma bəzi vacib məsələlərə toxunmaq istərdim. Ötən çıxışlarımda informasiya təhlükəsizliyi məsələsindən bəhs etmişdim. Bir daha vurğulayım ki, bu, son dərəcə vacib məsələdir. Azərbaycanın milli təhlükəsizlik konsepsiyası qəbul olunub. Sənəddə informasiya təhlükəsizliyi ilə bağlı məqamlar da var. Amma hesab edirəm ki, bu məqamlar ümumi xarakter daşıyır. İnformasiya təhlükəsizliyi məsələsinə ayrıca konseptual yanaşma zəruridir. Təklif edirəm ki, Milli Məclis qarşıdakı fəaliyyətində bunu əsas götürəcək. Daha bir diqqət yetirnək istədyim məsələ diffamasiyadır. Bir daha vurğulayım ki, vaxtilə Mətbuat Şurası diffamasiya ilə bağlı qanun layihəsi hazırlamışdı. Həmin layihə cəmiyyətdə, media ictimaiyyətində kifayət qədər müzakirə olunmuşdu. Cənab prezidentin də bildirdiyi kimi diffamasiya məsələsində faktiki olaraq maratorium qoyulub. Yəni hazırda diffamasiyaya görə cinayət məsuliyyətinə cəlb edilən heç bir jurnalist yoxdur. Bununla belə hesab edirəm ki, Milli Məclis qarşıdakı fəaliyyətində diffamasiya məsələsinə həssas yanaşmalıdır. Bu sahədə qanunvericilik təşəbbüsü qaldırılmalıdır. Diqqət yetirmək istədiyim növbəti məsələ internet medianın maliyyələşdirilməsidir. Bu məsələ intermet mediasının hüquqi münasibətlər sistemində yer tapmasını zəruriləşdirir. Bilirsiniz ki, hazırda medianın maliyyələşməsi Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondu tərəfindən reallaşdırılır. O da məlumdur ki, internet medianın cəmiyyəıtdəki rolu artır və ictimai münasibətlər sistemində özünə yer tutur. Buna görə də onların da dövlət vəsaitindən bu və ya digər şəkildə bəhrələnməsi vacibdir. Bunun üçünsə bu tip media orqanlarının hüququi statusu müəyyənləşməlidir. Hesab edirəm ki, Milli Məclis üzvləri olaraq bizlər qarşıdakı müddətdə bu məsələyə xüsusi diqqət yetirməliyik. Daha bir məqamsa mediada reklamın yerləşdirilməsi ilə bağllıdır. Bilirsiniz ki, mediada, xüsusən də elektron mediada reklamlar azlıq təşkil edir. Əlbəttə, burada reklam verənlərin də iradəsi önəmlidir və nəzərə alınmalıdır. Ancaq hesab edirəm ki, hansısa şəkildə bu balans da yaradılmalıdır. Çünki medianın iqtisadi durumu reklamdan asılıdır. Doğrudur, dövlət dəstəyi var. Buna görə də qəzetlərimiz ayaqda qalırlar. Ancaq gəlin razılaşaq ki, bu dəstək hər zaman davam edə bilməz. Media iqtisadi müstəqilliyini özü qazanmalıdır. Bu müstəqillik isə reklam gəlirlərindən asılıdır. Düşünürəm ki, bunu təmin etmək də imkanlarımız daxilindədir”.    


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler