Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Metbuat Şurası “qaynar xett” yaradır…

24 Eylül 2016

10:24 am


24/09/2016 [14:20]: xeber –
Azərbaycan Mətbuat Şurası sentyabrın 26-da keçiriləcək referendumda jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparacaq. Mətbuat Şurasından sayt-a verilən məlumatda bildirilib ki, bu məqsədlə Şuranın İdarə Heyətinin üzvləri paytaxtda və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarına baş çəkəcəklər. Onlar, həmçinin jurnalistlər üçün yaradılmış şəraitlə tanış olacaq, ümumən səsvermənin gedişini də müşahidə edəcəklər. Bundan başqa referendum günü Mətbuat Şurasında “qaynar xətt” yaradılacaq. 012 441 35 30 nömrəli şəhər, 055 201 99 26 saylı mobil telefon nömrəsi saat 8:00-dan 19:00-dək bu rejimdə fəaliyyət göstərəcək. Referendumu işıqlandıracaq jurnalistlərin işləri ilə bağlı hər hansı xoşagəlməz durumla üzləşdikləri halda qeyd edilən telefon nömrələrinə zəng edib fikirlərini bildirmələri mümkündür. Mətbuat Şurası referendum günü jurnalistlərin prosesi sərbəst şəkildə işıqlandırmaları üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və müvafiq dövlət qurumları ilə sıx əlaqədə olacaq. Medianın peşə vəzifəsinin icrası ilə bağlı hər hansı çətinliyin yaranacağı təqdirdə onun dərhal aradan qaldırılması təmin ediləcək.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler