Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Metbuat 141 yaşında hansı gündedir?

19 Temmuz 2016

6:32 pm


19/07/2016 [22:30]: xeber –
Azərbaycanda medianın iqtisadi dayaqları çox zəifdir. Media reklamı bazarının həcminə görə Azərbaycan ən geridə qalan ölkələrdəndir. Medianı tənzimləyən qanunlar mürtəcüləşdirilir, medianın informasiyalara çıxış imkanları olduqca zəifdir… Sivil Toplum Platformasının bu gün “Milli mətbuatın 141-ci ilində Azərbaycan KİV-i” mövzusunda keçirdiyi ictimai dinləmələrdə vurgulanan əsas nüanslar bunlar olub.Hökumət müzakirələrə gəlmədiMüzakirələrə media qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, beynəlxalq təşkilatlar və xarici ölkə səfirliklərinin nümayəndələri qatılıblar. Dəvət edilsələr də, dövlət qurumları nümayəndələri müzakirələrdə iştirak etməyiblər.Müzakirələrə moderatorluq edən keçmiş siyasi məhbus, jurnalist Əvəz Zeynallı həmçinin, əlavə edib ki, Mətbuat Şurası müzakirələrin pozulması üçün eyni vaxtda və mövzuda tələm-tələsik tədbir də təyin edib. Tədbirdə Turan Agentliyinin rəhbəri Mehman Əliyev medianın iqtisadi durumu haqda məruzəsi dinlənilib.Media reklamı bazarı monopoliyada…M.Əliyev hakimiyyətin mediaya münasibətdə ayrı-seçkiliyə yol verdiyini, mediaya ayrılan maliyyə vəsaitlərinin düzgün xərclənmədiyini deyib.“Ən başlıcası, reklam bazarı monopoliyadadır. Bu medianın inkişafına ciddi problem yaratdır. 2015-ci ildə manatın devalvasiyası və iqtisadi fəallığın azalması ilə əlaqədar Azərbaycan KİV-lərinin iqtisadi vəziyyəti daha da pisləşib. Bir sözlə KİV böhranının ardından ölkə böhran zolağına qədəm qoyub”, M.Əliyev deyib.O, rəsmi statistikaya istinad edərək, media reklamı bazarının getdikcə kiçildiyini ifadə edib.Monopoliyadakı bazar kiçilə-kiçilə gedir… “Dövlət Statistika Komitəsinin bilgilərinə görə, 2015-ci ildə Azərbaycanda KİV-in əsas gəlir mənbəyinin – reklam bazarının ümumi dövriyyəsi 13,3 faiz azalıb. Bir il əvvəl bazar 72,5 milyon manat idi, 2015-ci ildə 62,8 milyon manat təşkil edib. Dollarla ifadə etdikdə bazar 35 faiz geriləyib”, deyən Mehman Əliyev media reklamının həcmininsə təxminən 26 milyon manat təşkil etdiyini bildirib.“Manatla ifadə etdikdə 3 faiz artsa da, dollarla ifadə etdikdə reklam həcmi 22,8 faiz azalıb”, o, bildirib.Onun deməsinə görə, 10 mərkəzi kanaldan ibarət olan tele və radioyayım tamamilə hakimiyyətin nəzarəti altındadır. Buraya daxil olan 22,9 milyon dollarlıq (2014-cü ildə 28,9 milyon dollar) vəsait bu yayımların müəyyən dərəcədə mövcud olmasını təmin edir, amma cüzi gəlir onların inkişafını ciddi şəkildə gecikdirir.Reklam pulları qlamur jurnallara axır… Çap və onlayn KİV-in reklam həcmi isə cəmi 2,9 milyon dollar (2014-cü ildə 1,08 milyon dollar) olub. M.Əliyevə görə, bu rəqəm onların ticari cəhətdən yoxsulluğunu və tamamilə xarici maliyyələşmədən asılılığını göstərir.“Statistika çap KİV-də reklamın dörd dəfədən çox artdığını göstərir. Amma bu, prezidentin ailə üzvlərinin rəhbərlik etdiyi “Bakı” kimi qlamur jurnallara reklam axını hesabına baş verib”, M.Əliyev vurğulayıb.M.Əliyev bildirib ki, Azərbaycanda təxminən 300 real və onlayn KİV var. Orta hesabla bu KİV-in hər birinin payına ildə 8,5 min dollar və ya ayda 708 dollar reklam gəliri düşür. Onların böyük əksəriyyəti reklam almır, kiçik hissəsinin ildə bir neçə on minə qədər reklamı olur ki, bu da bir ay ərzində böyük ştatın saxlanmasına və leqal əmək haqlarına kifayət etmir. Qanunvericilik də mürtəceləşdirilir“Son illərdə medianı tənzimləyən əksər qanunlara dəyişikliklər edilib. Bu dəyişikliklər təəsüflər olsun ki, mürtəce məzmunda olub, medianın hüquqlarını məhdudlaşdırmağa xidmət edib”. Bunu isə media ekperti Ələsgər Məmmədli deyib.O, qeyd edib ki, 2014-cü ildən bəri “KİV haqqında” Qanuna 4 dəfə müdaxilə edilib. Bu dəyişikliklər isə media ilə bağlı qanunvericiliyi daha da sərtləşdirib.“Müstəqil şəkildə KİV-in fəaliyyətini bir ay müddətinə dayandırmaq hüququ olan Milli Teleradio Şurası daha bir mürtəce düzəlişdən istifadə etdi və bu da ANS telekanalı ilə baş verdi. Bundan öncə bu hüquqa ancaq məhkəmələr malik idi. Həmçinin KİV sahəsində qanunvericiliyin pozulmasına görə cərimələr artırılıb”, deyə Ə.Məmmədli qeyd edib.Ə.Məmmədli böhtan və təhqirə görə cinayət məsuliyyətinin hələ də qüvvədə olduğunu, bunun qanunvericiliyin dəyərləndirilməsi baxımından pis təvcrübə olduğunu ifadə edib. Ekspert hökuməti ən qısa zamanda “Defamasiya haqqında” qanunu qəbul etməyə çağırıb.Jurnalistlərə qarşı məhkəmələrdə, fiziki basqılarda azalma var…Müzakirələrdə medianın informasiyalara çatım imkanları da müzakirə mövzusu olub. Media eksperti Xalid Ağaliyev 2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə edilməsi haqqında” qanunun 10 il ərzində ciddi dəyişikliklərə məruz qaldığını deyib.“Qanun qəbul edildikdən bu yana onun mətninin yarıya qədəri qanundan çıxarılıb. Qanunun icrasına nəzarət funksiyası Ombudsmana verilib. Reallıq bundan ibarətdir ki qanun işləmir”, deyən ekspert dövlət qurumlarının əksəriyyətinin informasiya sorğularına cavab vermədiyini, saytlara bütün bilgilərin daxil olunmadığını qeyd edib.X. Ağaliyev diqqəti ona yönəldib ki, dövlət orqanları məlumatların yalnız 30-35 faizini açıqlayırlar. Halbuki, hamısını açıqlamalıdırlar. Və bu zaman büdcə vəsaitlərinin qurumlar tərəfindən istifadəsinə dair bilgilər dərc edilmir.X.Ağəliyev müsbət istisna hal kimi SOCAR-ı qeyd edib. Şirkət son zamanlar əksər məlumatları açıqlayır, halbuki, 3-4 il öncə bundan imtina edirdi.Bununla yanaşı X.Ağəliyev jurnalistlərə qarşı fiziki təzyiqlərin və hədə-qorxuların azaldığını vurğulayıb. Lakin zaldan replika ataraq deyiblər ki, bu, jurnalistlərin çoxunun ölkəni tərk etməsi, işi buraxması, ya da dövlətin nəzarətinə keçməsi ilə əlaqədardır.KİV-ə yeni təzyiq forması ölkədən çıxışa qadağa qoyulmasıdır. Hazırda ən azı 10 nəfər KİV işçisi ölkədən çıxa bilmir, X.Ağəliyev bildirib.Müzakirələr zamanı media ekspertlərdən Zeynal Məmmədli, jurnalistlərdən Qulu Məhərrəmli, Elçin Şıxlı, Arif Əliyev, Rövşən Hacıbəyli və digərləri iqtisadi sferada qarşıya çıxan problemlərdən danışıblar. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler