Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Messinqin 2016/17 üçün şok öngörüleri – Video

21 Haziran 2016

7:08 am


21/06/2016 [11:04]: xeber –
Volf Messinq SSRİ-də insanların fikirlərini öyrənməyi psixoloji eksperimentlər ilə nümayiş etdirən şəxs olub. O, 1899-cu ildə Varşava yaxınlığındakı Qura Kalvariya kəndində doğulub. Kasıb yəhudi ailəsində qeyri-adi yaddaşı və müşahidə qabiliyyəti ilə seçilən balaca Volfun qarşısında ieşibota – ruhani məktəbinə getmək tələbi qoyulur. Uşaq imtina eləyəndə ona “ilahi vəhy” gəlir. Günlərin birində qaranlıq kənd yolunda qabağında ağ paltarlı, iri cüssəli, gur səsli biri peyda olur və əmr edir: “Sən Tanrının əmri ilə ieşibota getməlisən”. Anadangəlmə əsəb xəstəsi olan Volf bu hadisədən o qədər həyəcanlanır ki, huşunu itirir, bir neçə gün xəstə yatır. Sonradan baş verənləri atasına danışır və ieşibota getməyə qərar verir. Ruhani məktəbinə gedən Volf bir neçə il sonra onu ieşibota getmək üçün “dilə tutmuş” Tanrı elçisinin kim olduğunu öyrənir. Bu adam, əslində, atasının onu inandırmaq üçün pulla yola gətirdiyi tanışı olur. 13 yaşlı Volf bu hisslərin təsiri altında kənddə Fələstindəki yəhudilər üçün yığılan pulları oğurlayıb, aradan çıxır. Qeyri-adi qabiliyyətini də ilk dəfə Berlinə getmək üçün mindiyi qatarda kəşf eləyir. O, bilet əvəzinə bələdçiyə adi kağız parçası uzadır və sadəcə, çox istəyir ki, bu kağızı bilet kimi qəbul edilsin. Volfun bu istəyi baş tutur. İkinci dünya müharibəsinin başlanması ilə Messinqin qara günləri də başlayır. Telepat 1937-ci ildə kütlə qarşısında çıxış edərkən çəkinmədən bəyan etdi ki, bu qızğın silahlanmanın axırı növbəti dünya müharibəsi ilə başa çatacaq, son hədəf, təbii ki, “kommunizmin yuvası” SSRİ-dir. Ancaq əgər Almaniya SSRİ-nin üzərinə hücum etsə, ilk qələbə eyforiyasına baxmayaraq, axırda görünməmiş miskinliklə məğlub olacaq! Hitler onun həbs edilməsi üçün külli miqdarda mükafat təyin edir – onu Reyxin və şəxsən özünün düşməni adlandırıb, Messinqi öz əlilə kütlə qarşısında asacağına söz verir. Bir nömrəli düşmənin başına 200 min marka qiymət qoyulur, bütün küçələrə, yol ayrıclarına böyüdülmüş şəkli vurulur, amansız təqib başlanır. Bir gün o, almanların əlinə keçir və onu həbsxanaya salırlar. Həbsxanada isə parapsixologiya tarixində ən unikal hadisə baş verir; Messinq qüdrət və bəsirətində olan bütün ruhi qüvvəsini, hipnoz, təlqinetmə qabiliyyətini səfərbər edərək, mühafizəçiləri növbə ilə kameraya çağırır, axırda özü çölə çıxır, kameranın ağzını bağlayır və heç nə olmamış kimi çıxıb SSRİ-yə gedir… Sovetlərdə ona heç vaxt etibar etmədilər. İkinci Dünya Müharibəsinin ilk günlərində “bu müharibə nə ilə bitəcək”, sualına “mən 4 illik müharibənin sonunda Berlində qırmızı ulduzlu tanklar görürəm”, cavabı az qala başına bəla olmuşdu. Çünki həmin vaxt SSRİ ilə Almaniya dost idi. Sonrakı illərdə Messinq müharibə gedə-gedə ilk leqal Sovet milyoneri oldu, şəxsi vəsaiti hesabına cəbhəyə iki təyyarə düzəltdirib verdi. O, Stalinin də sevimlisi idi. Messinq 1974-cü il noyabrın 8-də cərrahiyyə əməliyyatından sağ çıxa bilmədi. Messinqin Rusiyanın 2016-2017-ci illəri ilə bağlı bəzi proqnozlarını təqdim edirik: – Rusiya ərazisinin müəyyən hissəsini Çinə güzəştə gedəcək; – Lakin bu, onun qüdrətinə təsir etməyəcək. Rusiya yenə də dünyanın ən güclü dövlətindən biri kimi qalacaq; – Messinqin sözlərinə inansaq, Rusiyanın ən böyük düşməni ABŞ yox, Çin olacaq; – Gələcək Rusiyayla bağlı öngörülərində o deyir: “Böyük olmayan bir torpaq uğrunda (çox güman ki, Krım. – red.) böhran başlayacaq – bu böhran bütün dünyada qarşıdurmaya səbəb ola biləcək. İndi Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyaları sözügedən böhran kimi qiymətləndirmək olar.(Axar.az) 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler