Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Messi hebs olundu…

06 Temmuz 2016

12:52 pm


06/07/2016 [16:50]: xeber –
“Barselona” futbol klubunun hücumçusu Lionel Messi həbs cəzasına məhkum edilib.Bu barədə “Reuters” agentliyi məlumat yayıb.Xəbərdə bildirilir ki, ulduz futbolçu və onun atası Xorxe Messi 2013-cü ildə vergidən yayındıqları üçün İspaniya Məhkəməsi barələrində həbs qərarı verib. Hücumçu 4,1 milyon avro vergidən yayınmaqda günahlandırılıb.Barselona Prokurorluğu bu məsələdə bütün məsuliyyətin futbolçunun atasının üzərinə düşdüyü qənaətinə gəlib.Buna baxmayaraq, İspaniya Məhkəməsi həm Messinin, həm də atasının 21 aylıq həbsinə qərar verib. Ancaq onlar dəmir barmaqlıqlar arasına düşməyəcəklər. Çünki İspaniya qanunvericiliyinə əsasən, cəza müddəti 2 ildən az olarsa, şəxslər həbs edilmirlər. Məhkəmə Leonu 2, atasını isə 1,5 milyon avro məbləğində cərimələyib.(Apasport.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler