Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Meşhur saytın 2 yaşı tamam oldu -Foto

25 Ağustos 2016

11:36 am


25/08/2016 [15:34]: xeber –
Bugün xəbər365.com saytının yaranmasından iki il ötür. Saytda ölkədə və dünyada baş verən mühüm ictimai-siyasi yeniliklər işıqlandırılır, analiz yazıları yayımlanır, mədəniyyət və fikir adamları ilə müsahibələr, regionlardakı vəziyyəti əks etdirən reportajlar təqdim edilir. Doğrular anında, gecikmədən, obyektiv, bütün tərəflərin fikri öyrənilərək çatdırılır. Yaradıcı heyət sayt saytına açıqlamasında iki il əvvəli belə xatırlayır: “İki il əvvəl – avqustun 25-də ilk dəfə virtual məkana çıxanda qarşımıza bacardığımız qədər obyektiv olmağı, ümumi axından fərqlənməyi, reytinq arxasınca qaçmamağı məqsəd qoymuşduq. Düzdür, bu halda oxucu toplamaq, seçilən portal olmaq çətindir, ancaq imkansız deyil. Çətin də olsa, məqsədimizə doğru əmin addımlarla addımlayırıq. Bu yolda əməyi keçən hər kəsə, bizə güvənən, bizi seçən oxucularımıza təşəkkür edirik”. Qeyd edək ki, xəbər365 saytının baş redaktoru Anar Əsədlidir.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler