Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Meşhur müğenni: “Men, sadece, musiqi fahişesiyem” – FOTOLAR

20 Ağustos 2016

10:12 am


20/08/2016 [14:11]: xeber –
“Queen” – XX əsrin əfsanəvi rok qrupu. Qrup faktiki olaraq ifaçı, musiqiçi və vokalçı Freddi Merkurinin ölümü ilə çökdü. Hadisə 1991-ci il noyabrın 24-də baş verdi.. Freddi Merkuri  bütün zamanların ən məşhur ifaçısı olaraq qalacaq. Onun qeyri-adi səhnə geyimləri və davranışları hamıya məlumdur. sayt Publika.az-a istinadən əfsanəvi ifaçının ən maraqlı sitatlarını təqdim edir. Əslinə qalsa, mən illüstrator olmalı idim, amma yaxşı ki, sonradan fikrimi dəyişdirdim… Mən 9 il uşaq pansionunda yaşamışam və valideynlərimi nadir halda görərdim. Nəticədə, öz problemlərimi özüm həll etməyə başladım və özümün müdafiəmə qalxdım… Gənclik illərimdə pulum olmayanda əlimdə olan qəpik-quruşları yığıb kənara atardım. Belə deyək, iki həftədən bir yığdığım pulları götürüb böyük məmnuniyyətlə bir günə xərcləyərdim… Mən sadəcə musiqi fahişəsiyəm, əzizlərim… İnsanlar sevib ayrılmağa davam edirlər, bu, sonsuz bir prosesdir. Mən isə onlar haqda mahnı yazmağa davam edirəm… Musiqi, sanki, paltar və ya köynəkdir: sən müəyyən müddət onları geyinib sonra kənara atırsan… Rod Stüart, Elton Con və mən qrup yaratmağa yığışmışdıq. Qrupun adını hər birimizin görkəmimizdəki  ən qabarıq cəhətlərə uyğun olaraq, “Saç, Burun və Dişlər” adlandırmaq istəyirdik. Lakin bu qrup yaranmadı. İş ondadır ki, qrupun adındakı 3 sözdən hansının birinci gəlməsi üstündə razılığa gələ bilmədik. Hesab edirəm ki, “Dişlər” sözü birinci gəlməli idi…Əgər mən sabah öləcəyəmsə, buna görə təəssüflənmirəm də. Çünki bu vaxta qədər çox işlər görmüşəm…Xırıltılı səsim xoşuma gəlir. Bunun hamısı siqaret çəkdiyimədir. Ona görə də, siqaret çəkməklə səsimi daha da xırıltılı etmək istəyirəm… Mənim üçün ən çətin şey növbəti konsert üçün kostyum hazırlamaqdır. Mən konsertlərə hər cür geyimdə çıxmışam…Dişlərim xoşuma gəlmir: onlar irəli çıxıb. Onları düzəltməyə çalışıram. Lakin qalan  şeylərdə mən idealam… Mən səhnədə sanki konsert yox, moda nümayişləri keçirirəm…Nə qədər çox problemim varsa, mahnılarım bir o qədər yaxşıdır…Mənim sevgim təhlükəlidir. Təhlükəsiz sevgini kim istəyər? Təsəvvür edin, mən belə bir mahnı yazıram: “Mənim sevgim təhlükəsizdir”. Bu mahnıya heç kim qulaq asmazdı…Çox tez aşiq oluram, sonda isə mənə ağrı mənə təsir edir…Sənin hər şeyin ola bilər, lakin sən tənha ola bilərsən. Bu, tənhalığın ən kədərli növüdür.Uğur mənə milyondan çox pərəstişkar və funt sterlinqlər gətirdi. Lakin bunlar məni yeganə lazımlı şeydən məhrum etdi: davamlı münasibətdən…Mən zaman çarxını dayandırıb özümü münasibətlərə həsr edə bilmərəm. Çarx hərlənməlidir,  ona görə də mənimlə yaşayıb xoşbəxt olmaq çətindir… Sevgi – rus ruletidir. Heç kim məni həqiqətən sevmir. Hamı şan-şöhrətimi və məşhurluğumu sevir…Mən kişini qadını sevdiyim kimi sevə bilmərəm…Həqiqi dostlarım yoxdur. Mənə elə gəlir ki, onları yaxına buraxdıqca məni daha çox məhv edə bilərlər…Üç-dörd saat yatmaq mənə kifayət edir. Yenidən enerji topladıqdan sonra yeni döyüşə atılıram…Xoşbəxtliyi ala bilməzsən. Lakin pullar onu əldə etməyə kömək edir…Mənim vəsiyyətnaməmdə valideynlərim və pişiklərim də var…İyirmi ildən sonra nə edəcəyəm? Əlbəttə, o vaxta mən ölmüş olacağam.Mən kitab oxumuram, çünki kitab oxumağı vaxt itkisi hesab edirəm. Bilirəm ki, insanlar bu sözlərimə görə məni öldürəcəklər… Bizim qrupu Rusiyaya buraxmadılar: gənclərini pis yola çəkə biləcəyimizdən qorxdular…Öldükdən sonra cənnətə düşmək istəmirəm: cəhənnəm daha yaxşıdır. Orada olan maraqlı insanları göz önünə gətirin, bundan sonra siz də cəhənnəmə düşmək istəyəcəksiniz… Düşünmürəm ki, öldükdən sonra məni xatırlansınlar. Bu, artıq, mənim işim deyil. Onda mən ölü olacağam və mənə fərqi yoxdur, məni xatırlayırlar, ya yox.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler