Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Meşhur Misir qezeti Azerbaycan yazıçısından yazdı

14 Ekim 2016

10:40 am


14/10/2016 [14:39]: xeber –
Misirin məşhur “Əxbər əl-Ədəb” qəzetində görkəmli Azərbaycan yazıçısı, Əməkdar incəsənət xadimi Afaq Məsuda həsr olunan məqalə və yazıçının “Can üstə” hekayəsi dərc edilib. sayt xəbər verir ki, “Afaq Məsud: zəngin və çoxşaxəli yaradıcılıq yolu” başlıqlı məqalədə yazıçının yaradıcılığının müxtəlif mərhələlərinə toxunulur, 80-ci illərdən bu yana işıq üzü görmüş romanlarında, hekayə və pyeslərində insan və onun daxili aləmi, üzləşmək məcburiyyətində qaldığı mənəvi-psixoloji problemlər, müasir qadının ailədə və cəmiyyətdə durumu kimi aktual mövzulara geniş yer verildiyi vurğulanır. 20-dən çox ərəb ölkəsində yayımlanan “Əxbər əl-Ədəb” qəzetində nəşr edilən ilk azərbaycanlı yazıçı haqqında məqalənin müəllifi və hekayənin ərəb dilinə tərcüməçisi Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi, doktor Əhməd Sami Elaydidir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler