Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Meşhur manyak sünnet olunmaqdan qorxdu ve…

08 Ekim 2016

8:08 am


08/10/2016 [12:06]: xeber –
sayt təxminən bir ay öncə (http://www.moderator.az/news/150428.html ) “dünya şöhrətli” qatil 1975-1980-ci illərdə 13 fahişəni amansızlıqla qətlə yetirdiyinə görə ömürlük həbsdə yatan britaniyalı Piter Satkliffin 70 yaşında öz həyatı barədə düşünmək və müsəlmanlığı qəbul etmək qərarına gəlməsi haqda yazmışdı. Ancaq bu günlərdə  Britaniyanın “Daily Star Sunday” nəşrinin  yaydığı yeni xəbərdən bəlli olur ki, qoca manyak müsəlman olmaqdan imtina edib. Bunun  da gözlənilməz səbəbi var. Məsələ ondadır ki, neçə-neçə canlı insanı gözünü qırpmadan amansızlıqla qətlə yetirmiş qatil öz bədənindən dırnaq boyda ətin kəsilməsindən qorxur. Müsəlman türmə yoldaşları İslama qəbul prosedurlarından danışarkən sünnət olunmağın vacibliyini eşidən manyakın bənizi  ağarıb və o, susub. Amma artıq xeyli vaxtdır ki, xristian əqidəli Satkliff donuz əti yemir, müsəlman məhbuslarla birgə cümə namazlarına qatılır. Manyak hətta Qurani-Kərimin ingilis dilinə tərcüməsini də mütaliə edir.  Yerli nəşrlər belə qənaətdədir ki,  çoxsaylı qətllərin müəllifi olan ingilisin İslamı qəbul etmək istəyi ürəkdən gəlmir. O, sadəcə, zahirən müsəlman olmaqla türmədə çoxluq təşkil edən Asiya və Afrikadan olan müsəlman dustaqların himayəsi altında öz həyati təhlükəsizliyini təmin etməyə çalışır. Belə ki, avqust ayında psixiatrik xəstəxanadan Britaniyanın ən sərt rejimli və ən qansız cinayətkarların yatdığı Franklend həbsxanasına köçürülmüş manyak, demək olar ki, hər gün ölüm təhlükəsi ilə üz-üzə qalır…Sultan Laçın.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler