Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Meşhur manyak müselman olacaq – Gözlenilmez…

06 Eylül 2016

6:24 am


06/09/2016 [10:21]: xeber –
Üzdəniraq məşhur manyak-qatil, britaniyalı Piter Satkliff  70 yaşında öz həyatı barədə düşünmək və müsəlmanlığı qəbul etmək qərarına gəlib. sayt bu barədə xarici mediaya istinadla yazır.Ömürlük həbsdə olan Satkliff 1975-1980-cui illərdə 13 fahişəni amansızlıqla qətlə yetirib. Maraqlıdır ki, o, bu qətlləri  “xristian əqidəsi” ilə bağlayırdı. Satkliff özünü  “Allahın Yer üzünü iyrənclik və əxlaqsızlıqdan təmizləyən aləti” hesab edirdi.1984-cü ildən Satkliff paranodial şizofreniya diaqnozu ilə psixatriya  xəstəxanasında yatırdı.  Lakin sonradan  həmin diaqnoz götürülüb və  serial qətllərin müəllifi xüsusi təhlükəli cinayətkarlar üçün həbsxanaya göndərilib. Britaniyanın “Daily Star” nəşrinin yazdığına görə, hazırda Satkliffin  cəza çəkdiyi türmədə qadın və uşaq qatilləri ilə zarafat etmirlər. İtirəckləri bir şey olmayan ömürlük məhbuslar belələrini, sadəcə, öldürürlər. Yalnız mənşəcə  asiyalı müsəlman olan bir qrup dustaq İslamı qəbul edəcəyi  halda bu manyakı qoruyacaqlarını vəd ediblər. Müsəlman dini ilə maraqlanmağa başlamış Satkliffi yaxın vaxtlarda axund ziyarət edəcək. Qeyd etmək lazımdır ki, İslam qanunlarına uyğun olaraq özünün keçmişdəki əməllərindən asılı olmayaraq  istənilən insan müsəlman ola bilər. Sadəcə, onun törətdiyi günahlara görə tövbə etməsi və İslamın əsas müddəalarına iman gətirməsi kifayətdir…Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler