Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Meşhur futbolçunu stadionda hebs etdiler -qızına aliment vermediyi üçün

07 Ekim 2016

12:00 pm


07/10/2016 [15:58]: xeber –
“Dünya Çempionatı – 2018”-in seçmə mərhələsinin Cənubi Amerika zonasında keçirilən Ekvador – Çili görüşündə maraqlı hadisə baş verib.Ekvadorun futbolçusu Enner Valensiyanı oyundan sonra məhkəmə icraçıları və polislər həbs etmək istəyiblər.Buna səbəb Valensiyanın aliment ödəməməkdə ittiham olunmasıdır. Futbolçunun keçmiş həyat yoldaşı bildirib ki, Valensiyanın onlara 17 min avro borcu var. Polislərin oyundan sonra onu həbs edəcəyini anlayan Valensiya qarşılaşmanın gedişində plan cızıb.O, 82-ci dəqiqədə zədələndiyini bildirərək əvəzlənməyini istəyib. Təcili tibbi yardım maşını ilə meydanı tərk edən futbolçunun daha sonra xəstəxanadan əkiləcəyini başa düşən polislər onun planını alt-üst ediblər. 26 yaşlı forvard birbaşa bölməyə aparılıb.Məsələ ilə bağlı futbolçunun keçmiş həyat yoldaşının vəkili Pol Marin belə deyib:“Bu adam kifayət qədər pul qazanır, amma öz qızına aliment vermək istəmir. Qoy bu barədə bütün Ekvador bilsin”.Qafqazinfo()


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler