Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Meşhur azerbaycanlı riyaziyyatçı dünyasını deyişdi – FOTOLAR

19 Ekim 2016

10:16 am


19/10/2016 [14:15]: xeber –
Dünyaca tanınmış azərbaycanlı riyaziyyatçı, Rusiyada və Türkiyədə məşhur universitetlərdə dərs deyən, professor Afət Fətullayev 54 yaşında dünyasını dəyişdi. Həmyerlimiz son vaxtlar xərçəng xəstəliyindən əziyyət çəkirdi. Türkiyə Başkənt Universitetində Afət Fətullayevin ölümü ilə bağlı bir sıra tədbirlər keçirilib. Həmkarları və tələbələri onun haqqında xatirələrini danışarkən göz yaşlarını tuta bilməyiblər. Bu barədə Türkiyə mətbuatında da məlumatlar dərc edilib: http://www.kanalb.com.tr/haber.php?HaberNo=84090 Qeyd edək ki, professor Başkənt Universitetində Riyaziyyat bölməsinin başqanı olub. Dünyada isə həmyerlimizi daha çox Afət Qolayoğlu kimi tanıyırdılar. Afət Fətullayev Qolay oğlu 1962 – ci il aprelin 10-da Füzuli rayonunda anadan olub, 1978-ci ildə Fizika Riyaziyyat təmayüllü liseyi fərqlənmə diplomu ilə bitirərək, Lomonosov adına Moskva Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsinə daxil olub. Universiteti fərqlənmə ilə bitirdikdən sonra, elə oradaca aspiranturanı oxuyur. 42 yaşında artıq professor elmi adını qazanıb. 1992-ci ildə isə Bakı Dövlət Universitetində 1 il çalışır. Sonra isə Türkiyədə İzmit şəhəri Koceli Universitetində dərs deyir. Bir qədər zaman keçir və həmyerlimiz xüsusi dəvət ilə Başkənt Universitetinə çağırılır. Və 2000-ci ildən orada çalışır, Riyaziyyat bölməsinin başqanı vəzifəsinə kimi yüksəlir. Bildirək ki, professor Bakıda dəfn ediləcək. Onun ən məşhur məqalələri ilə http://tbf.baskent.edu.tr/kw/ozgecmis.php?id=4901 bu link vasitəsilə tanış ola bilərsiniz. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler