Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Meşedeki avtomobil mezarlığının sirri – FOTOLAR

23 Ekim 2016

2:16 pm


23/10/2016 [18:13]: xeber –
sayt İsveç, Belçika və ABŞ-da yerləşən maşın məzarlıqları haqqında yazı təqdim edir: İsveçdə bir meşədəki avtomobillərin hekayəsi 1940-cı illərə dayanır. Meşədəki sarmaşıqlara qarışmış bu avtomobillər 1940, 1950-ci illərdən qalmadır. Burada Opel, Ford, Volvo, Buick, Audi, Saab və Sunbeam markalarından olan avtomobillərə rast gəlmək olur.İsveçli iki qardaş II Dünya müharibəsindən sonra əsgərlərin atıb getdiyi avtomobilləri toplayaraq ölkənin cənubunda mədən qəsəbəsi olan Bastnasda bu avtomobillərin satışını həyata keçirməyə başlayıblar. Qardaşlar tərk edilən avtomobillərin işlək vəziyyətdə olan ehtiyat hissələrini satırdılar. Bu işi 1990-ci ilə qədər davam etdirirlər. 1990-cı illdə isə qəsəbəni tərk edirlər və avadanlıqların yerləşdiyi sahə tam bir maşın qəbiristanlığına çevrilir.Daha sonra həmin ərazidə yaşayan sakinlər avtomobillərin olduğu meşədə təmizlik işləri aparmaq istəyir. Ancaq bu təşəbbüs ekoloqların etirazına səbəb olur. Çünki avtomobillər artıq heyvanların yuvasına çevrilmişdi.Bundan əlavə maşınların üzərini müxtəlif bitkilər örtmüşdü, xüsusilə sarmaşıqlar maşınların götürülməsini çətinləşdirirdi.Bundan sonra bu maşın məzarlığı toxunulmayan sahə elan edilib. İndi bura turistlər üçün cazibədar bir məkana çevrilib. Yerli və xarici turistlər buranı çox bəyənir, maraqla qarşılayırlar. Fotosesiyalar etmək istəyənlər də bu məkanı seçirlər, çünki bu qeyri-adi məkan nağıllar aləminə bənzəyir. İsveçdəki bu maşın məzarlığına bənzər bir meşə də Belçikada yerləşir.Bir qədər qorxunc, bir qədər də maraq və heyranedici olan bu avtomobil qəbiristanlığı  Belçikaın kiçik kəndi olan Chatillonun yaxınındakı bir meşəyə basdırılmış formadadır. Əfsanəyə görə bu avtomobillər 1950-ci illərdə, II Dünya müharibəsi zamanı bölgədə yerləşmiş Amerika əsgərlərinə aid olub. Əsgərlər evlərinə gedərkən geri göndəriləcəklərini düşünüb maşınlarını meşədə saxlayıblar.Belə məzarlıqlardan biri də ABŞ-da yerləşir. ABŞ-dakı maşın məzarlığında 4 minə qədər klassik maşın var. Avtomobillərin çoxusu bizim əsrin ortalarında istehsal edilib. Bu təbii klassik avtomobil muzeyinin təməli 1931-ci ildə Luis ailəsi tərəfindən qoyulub. II Dünya müharibəsi başlayanda ailə köhnə avtomobilləri satın alıb, kiçik dükanlarına rezin, mühərrik hissələrini, avtomobillərin mühüm hissələrini sökərək satmağa başlayıblar. Çünki müharibə zamanı ən çox bu hissələr lazım olurdu. 1940-cı illərin əvvəllərində ailənin dükanı hissələri tamamilə satılmış bir maşın məzarlığına çevrilir. Ailə işlərin böyüdüyünü görəndə bu qədimi maşınları qoymaq üçün daha çox sahəyə ehtiyac duyur və bu ərazini seçir. Bu gün bu maraqlı muzeyi ziyarət etmək istəsəniz, giriş haqqı 15 dollardır.Hazırladı: Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler