Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mescidin önünde göbek reqsi oynayan MANQURT- FOTO + VİDEO

22 Eylül 2016

7:52 am


22/09/2016 [11:48]: xeber –
Tatarıstanın qədim Bulqar şəhərindəki  məşhur Ağ məscid qarşısında tatar  mügənnisi Rezeda Qaniullina rəzalət nümayiş etdirib. O,  Allah Evi önündə yarıçılpaq vəziyyətdə ərəblərin cəhalət dövründən qalan göbək rəqsi ifa edərək  “Janım” mahnısına video-klip çəkdirib və bu biabırçı görüntüləri internet saytlarında yerləşdirib. sayt-ın Tatarıstan mediasına istinadla verdiyi xəbərə görə, Qazan imamı Seyidjaqfar Lutfullin  bu  təhqiramiz davranışı   “V kontakte” sosial şəbəkəsindəki şərhin kəskin şəkildə qınayaraq müğənnidən dərhal həmin klipi internetdən yığışdırmağı tələb edib:”Bu, tatar xalqına bir biabırçı ləkədir.  Bütün dünyadakı müsəlman tatarların baş  ziyarətgahında -Ağ Məscidin ərazisində Allah Evi təhqir edilir və murdarlanır. Heç bir inanclı insan öz dininin  ələ salınmasına imkan verməz.  Xalqımız öz milli və dini mənsubluğunu unudanları MANQURT adlandırır. Bu striptizçi məxluqata xəbərdarlıq edirik: dərhal Allah qarşısında tövbə etsin və sözügedən video-yazını sosial şəbəkələrdən yığışdırsın!..”Tatarıstan müftisi Kamil Xazrat Samiqullin də  məsələyə kəskin reaksiya verərək məscidlərin rəqs meydançası olmadığını, müğənnilərin bu məkanlara yalnız Allaha dua etmək, ibadət məqsədi ilə gələ biləcəyini vurğulyıb.  Ancaq  yenədə təbii suallar yaranır: həmin biabırçı video-klipin çəkilişinə ən azı, bir gün vaxt sərf edilib. Və Ağ məscidin rəhbərliyinin, eləcə də ətrafdakı möminlərin bundan xəbəri olmaması mümkün deyil. Bəs o halda niyə müsəlman(!) din xadimlər bu rəzalətə izn veriblər?..Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler