Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Merkezinde xaç daşı qoyulmuş Qubadlı nece “Sanasar” oldu – FOTOLAR

31 Ağustos 2016

6:52 am


31/08/2016 [10:51]: xeber –
Rayonun Muradxanlı kəndini zəbt etmiş ermənilər sağalmaz xəstəliklərə tutulurlar…Hazırda ermənilərin zəbt etdiyi bütün bölgələrimiz kimi,  hər il Qubadlının da  işğalı günündə onun işğaladək olan əhalisi, ərazisi,  təbiəti, faydalı qazıntıları, dağıdılmış infrastrukturu,  şəhər, kənd və qəsəbələri, məktəb, klub, xəstəxana və s. barədə məlumatları təkrar edir, bölgəyə dəymiş ümumi ziyanın təxmini məbləğini göstəririk…  Bu yazıda isə biz moderator.az olaraq Qubadlının işğaldan sonrakı və   bu günkü vəziyyəti barədə əldə edə bildiyimiz  son informasiyaları sizə çatdırmağa çalışacağıq.Qubadlı rayon mərkəzində cəmi 73 erməni var…Rusiyaya məxsus enci.ru (Böyük Sovet Ensiklopediyası) saytının  26 may 2014-ci il tarixli  məlumatında Qubadlı rayon mərkəzi de-yure Azərbaycanın eyniadlı rayonunun mərkəzi kimi göstərilsə də,  eyni zamanda de-fakto qondarma “DQR”in “Kaşataq” rayonunun tərkibində  “Sanasar” kəndi kimi qeydə alındığı bildirilir. İşğaldan əvvəl 6000-ə yaxın əhalisi olan Qubadlının yerindəki  kənddə cəmi  73  erməni mövcuddur.Qubadlının mərkəzində xaç abidəsi qoyulub…Qubadlı rayon mərkəzi, demək olar ki, xarabalığa çevrilib. Fotolarda ən çox diqqəti cəlb edən Qubadlının xarabazara dönmüş mərkəzi meydanında işğal zamanı gəbərmiş ermənilər üçün qoyulmuş xaç abidəsidir…“Sanasar”da cəmi 8 erməni müəllim və 16 şagird…2012-ci il mayın 5-də ArtsaxTv  indi “Sanasar” kəndi olan Qubadlı rayon mərkəzində açılmış  məktəb barədə reportaj hazırlayıb. Məlum olub ki, kənddə cəmi 16 şagird və 8 müəllim var…Qubadlının  bir sıra kənd adları da erməniləşdirilib. Məsələn, Xanlıq –İşxanadzor,  Muradxanlı –Akari, Əliqulu- Kazarapet, Əliquluuşağı –Azataşen, Qazyan- Aykazyan və s. Yeri  gəlmişkən Qazyan qubadlılı Milli Qəhrəman Əliyar Əliyevin doğma kəndidir. Milli Qəhrəmanın kəndində yeni məktəb tikilib…İgid Azərbaycan oğlu Əliyar Qubadlının işğalından öncə 1992-ci il oktyabrın 3-də Laçının azad edilməsi  uğrundakı döyüşlərdə rayon mərkəzinin cəmi bir neçə kilometrliyində həlak olmuşdu.Qubadlının işğalından sonra  ermənilər Milli Qəhrəmanın doğma kəndi olan Qazyanda da  at oynatmaqdadır. Kəndin adı erməniləşdirilərək Qubadlıda gəbərmiş erməninin “şərəfi”nə Aykazyan qoyulmuşdur.  Son məlumatlara görə, kənddə 200-ə yaxın erməni yaşayır. 2013-cü ildən yeni məktəb binası tikilməyə başlayıb.Muradxanlı kəndindəki ermənilər cürbəcür xəstəliklərə düçar olurlar…Laçın, Qubadlı və Zəngilan bölgələrini “birləşdirən” “Kaşataq rayonu”nun ən böyük kəndi kimi  “Tsaxkaberd”  kəndi göstərilir. Burada 260 erməni yaşayır. Bəzi erməni mənbələri   bu məntəqəni   Qubadlının   Muradxanlı kəndi kimi, digərləri isə Məzməzək kəndi  kimi göstərir. Məzməzək isə Qubadlının Muradxanlı kəndi ilə qonşu olan Laçın rayonunun  Güləbird kəndinin keçmiş adıdır. Muradxanlının indiki adı isə “Akari”dir. Kənddəki ermənilər köhnə evlərdə yaşayır və nəmişlikdən çox əziyyət çəkir, cürbəcür xəstəliklərə düçar olurlar. Qazanclarının böyük hissəsini dərmana verirlər. Yəqin bu da işğalçılara Yaradanın bir cəzasıdır… Qeyd edək ki, 1993-cü ilin avqustunda  Laçın istiqamətindən Qubadlı rayonu ərazisinə soxulan ermənilərin yandırdığı ilk kənd  məhz Muradxanlı olmuşdu…Xanlıq kəndinin inkişafı üçün 300 mln. dram(1 milyon manatdan çox) vəsait ayrılıb…“DQR” rəhbərliyi  daha çox  1993-cü ilin avqustunda xarabalığa döndərdikləri məhsuldar torpağı və geniş ərazisi ilə  seçilən  Xanlıq kəndinə  diqqət ayırıblar. “İşxanadzor” adlandırılan kənddə 2014-cü ilin məlumatına görə, 200 erməni yaşayır. 2011-ci ilin dekabrında “DQR” baş naziri Ara Arutyunyan Xanlıqda  ətraf kəndlərin icma  nümayəndələri ilə müşavirə keçirib. 2013-cü ilin dekabrında  oynanılmış  Ermənistanın Milli lotoreyasından toplanmış 300 mln.dram kəndin infrastrukturunun inkişafı üçün ayrılmışdır. 2014-cü  ildə Xanlıqda  Suriyadan gəlmiş 37 erməni ailəsi üçün də yeni evlər tikilib.  Kənddə aqrotexniki stansiya fəaliyyət göstərir. “Tufengyan” xeyriyyə fondu stomatoloji kabinetin də olduğu tibb məntəqəsi tikdirib. Xanlıqda işıq və su pulsuzdur?Xanlıqda yeni məskunlaşanlar üçün istəyə uyğun olaraq  ev(adam başına 20 kv.m), yaxud yeni ev tikmək üçün lazım olan bütün tikinti materialları verilir. Təsərrüfatla məşğul olmaq üçün əhaliyə  aşağı faizli kredit paylanır. İşıq və su demək olar ki, pulsuzdur… sayt bu il iyunun 21-də verdiyi məlumatda Ermənistanın bəzi dairələrinin Xanlıq kəndi yaxınlığında  Azərbaycandan olan qaçqınlar üçün 100 min nəfərə yaxın əhalisi olacaq “Baqaran” şəhəri tikilməsi planlaşdırması barədə yazmışdı. Erməni qaçqınlar  Həkəri çayının sahillərində 20 min kvadratkilometr ərazidə kompakt şəkildə məskunlaşdırılmalıydı. İddialara görə, artıq şəhərin tikintisi üçün  350-yə yaxın erməni iş adamı maliyyə ayırmağa da hazırdır… İşıqlıda üzümlüklər bərpa edilir…Qubadlının “Urekan” adlandırılmış  digər iri kəndi olan İşıqlıda  2005-ci ilin məlumatına görə 165 nəfər yaşayır. 1995-ci ildən başlayaraq “Tufengyan” fondu üzümlükləri bərpa etməyə başlayıb. Qeyd edilir ki, kəndlərdə meyvə-tərəvəz becərən sakinlərin məhsulunu Xankəndindəki meyvə-tərəvəz zavodları alır. 2008-ci ildə  İşıqlıda orta məktəb də  tikilib.Erməni əlindəki Qubadlının kəndləri inkişaf edir, bizimsə yurd dərdimiz…Faktlardan görünür ki, bu gün Qubadlı kəndləri az-çox inkişaf edir. Amma bizim üçün yox, işğalçı ermənilər üçün… Bizim isə ildən-ilə dərdimiz, Vətən, yurd  həsrətimiz böyüyür, həyatının sonu yaxınlaşan  artıq barmaqla sayılacaq didərgin yaşlılarımızın torpaq  yanğısı artır… Təqdim etdiyimiz fotolardan birində rus jurnalistlər Qubadlıdakı erməni əsgərlərini “torpaqların müdafiəçisi” kimi təqdim edir. Biz isə digər bölgələr kimi Qubadlının da hər “qara yubileyi”ndə “niyə rayonu müdafiə edə bilmədik” sualına cürbəcür fərziyyələrlə cavab taparaq özümüzə təskinlik veririk… Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler