Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Merkezi Bank qara bazarın müeyyen bir seviyyede qalmasında maraqlıdır ve…”

04 Ağustos 2016

7:16 am


04/08/2016 [11:15]: xeber –
Ölkənin bank sistemində izaholunmaz xaos yaşanır və görünən odur ki, bütün bunlar obrazlı ifadədə məşhur “İdarə olunan xaos nəzəriyyəsi”nin tərkib hissələridir. Yəni Mərkəzi Bank bilərəkədən bu rəzalətin yaşanmasına rəvac verib. Elə bunun nəticəsidir ki, MB rəsmi məzənnəsi demək olar ki, məsxərə mövzusuna çevrilib və banklar heç nədən çəkinmədən rəsmi məzənnədən xeyli fərqli (1 dollar 1.65-1.70 manat nisbətində) alqı-satqı əməliyyatları həyata keçirirlər. Bu azmış kimi qara bazar da tüğyan edir və üstəlik şəhərin bəzi məkanlarında valyutadəyişmə məntəqələri də aşkar-gizli fəaliyyətə başlayıblar.Yaranmış bu acınacaqlı durumu keçmiş maliyyə naziri, iqtisadçı ekspert, professor Fikrət Yusifov sayt – a şərh edib:”Banklardan və xüsusi olaraq müəyyən olunmuş yerlərdən kənarda valyuta alqı-satqısı həyata keçirmək qanunsuzdur. Bu ilin yanvar ayının ortalarından valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılmasında əsas məqsəd, valyuta alqı-satqı əməliyyatlarının bilavasitə banklarda, onların filiallarında və bir də xüsusi olaraq müəyyən olunmuş yerlərdə aparılmasını təmin etməkdən ibarət idi. Lakin Mərkəzi Bankın bu addımından sonra qara bazar öz əhəmiyyətini itirmədi. Ən maraqlısı isə budur ki, Mərkəzi Bank qara bazarın fəaliyyətinin dayandırılması və ya onun maksimum sıxışdırılması üçün zəruri adımlar atmaq istəmədi. Əksinə, baş bank valyuta alqı – satqısı həyata keçirmək üçün banklardakı valyutadəyişmə məntəqələrinə 4% marja müəyyən edərək qara bazarın fəaliyyətini bir qədər də stimullaşdırdı. Bu gün valyuta bazarında nə baş verir? Vətəndaş bank vasitəsilə 100 dollar almaq və ya 100 dollar satmaq istəyirsə hər bir hal üçün o banka 4 dollar ödəməlidir. Bankın qapısının ağzında dayanan valyuta alverçisi isə həmən vətəndaşa bu əməliyyat üçün 2,0 % təklif edir. Əgər vətəndaş 1000 dollar alırsa, deməli o bu əməliyyatı bankda apardıqda 40 dollar, bankın qapısının ağzında dayanmış alverçi vasitəsilə apardıqda isə 20 dollar ödəməlidir. Bu səbəbdən banka üz tutan 10 müştəridən 9-u bu işi bankın qarşısındakı alverçi vasitəsilə həyata keçirməyə üstünlük verir. Çünkü bu halda o iki dəfə qənaət etmiş olur. Düşünmürəm ki, Mərkəzi Bank bu vəziyyəti dəyərləndirə bilmir. Əksinə, hesab edirəm ki, MB qara bazarın müəyyən bir səviyyədə qalmasında maraqlıdır və bu səbəbdən də valyuta alqı – satqısı üzrə müəyyən etdiyi qeyri-real marjanı dəyişmək istəmir. Qara bazarın fəaliyyətində isə başlıca maraq kənardan bazardakı real vəziyyəti müşahidə edə bilmək məqsədi daşıyır”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler