Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Merkezi Bank İrana kredit ayırmayıb…

25 Temmuz 2016

2:28 pm


25/07/2016 [18:26]: xeber –
Azərbaycan Mərkəzi Bankı (AMB) İran hökumətinə kredit ayrılması ilə bağlı yayılan xəbərləri təkzib edib.sayt xəbər verir ki, AMB-dən “Report”a bildirilib ki, AMB-nin İrana kredit verməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.”Azərbaycan Mərkəzi Bankının İrana 500 mln. dollarlıq kredit verməsi məlumatı həqiqəti əks etdirmir. Ümumiyyətlə, belə bir məsələ ilə əlaqədar AMB-yə heç bir muraciət daxil olmayıb”, – deyə Mərkəzi Bankdan bildirilib.Diplomatik mənbələrdən də sayta bildirilib ki, hazırda Rəşt-Astara (İran) dəmir yolu xəttinin inşası üçün maliyyə vəsaitinin ayrılması məsələsi Bakıda səfərdə olan İşçi qrupu ilə birgə müzakirə olunur: “Kreditin şərtləri və digər məsələr müzakirələrin sonunda məlum olacaq. Lakin burada Azərbaycan Mərkəzi Bankının kredit verməsi kimi məsələdən söhbət getmir”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler