Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Menzil fırıldağının arxasından da sabiq MTN generalları çıxdı

03 Ekim 2016

8:08 am


03/10/2016 [12:07]: xeber –
Bir neçə gün bundan öncə sabiq MTN rəhbərliyinin xüsusi aktivliyi ilə
diqqət çəkən gənclərdən özünün qanunsuz əməllərində istifadə etdiyindən bəhs
etmişdik. (http://moderator.az/news/153014.html ).

Məsələ ilə bağlı sayt-a özəl mənbədən əlavə informasiyalar
daxil olub. Məlumata görə, sabiq MTN rəhbərliyi bu gənclərdən daha çox mənzil
fırıldaqlığında istifadə edib:

“Sabiq MTN generallarının bəzisinin çalışdıqları dönəmdə əldə etdikləri
qanunsuz gəlirlərin bir qismi mənzil satışından əldə olunub. Hansı ki, bu satış
ağlagəlməz üsulla həyata keçirilib. Belə ki, ixtiyarındakı nəhəng agentura sistemi,
informasiya rıçaqları olan Eldar Mahmudov komandası  əhalinin müxtəlif imtiyazlı təbəqələri –
qaçqın və məcburi köçkünlər, müharibə veteranları və əlillər üçün tikiləcək
binalarla bağlı müfəssəl məlumata malik olub. Binaların harda nə zaman tikiləcəyi,
neçə mərtəbəli olacağı, nə zaman istifadəyə veriləcəyi ilə bağlı müfəssəl məlumata
malik olub. Məhz bu məlumat onlara milyonlar qazanmağa, onlarla, yüzlərlə ailəni
gözüyaşlı qoymağa kömək edib”.

 

MTN gəncləri necə aldadıb?

 

Mənbənin məlumatına görə, MTN əməkdaşları ölkə paytaxtı və rayonlarda
inşa ediləcək binalar haqqında əməkdaşlığı cəlb etdikləri gənclərə ətraflı məlumat
verib, onların bəzisini binanın konstruksiyasını əks etdirən sənədlərlə də
tanış ediblər. Bundan sonra onlar kasıb ailələrə məxsus bu gəncləri
inandırıblar ki, onlar bu binaları istədikləri şəxsə istədikləri qiymətə sata
bilərlər və burada qeyri-qanuni heç nə yoxdur. Yəni həmin şəxslər həqiqətən də
bu mənzillərdə məskunlaşacaqlar. Sadəcə, bu mənzillərə real alıcı tapmaq
lazımdır.

Gördükləri işin qanuniliyinə inanan gənclər ucuz qiymətə təklif edilən
mənzillərə alıcı tapmaq üçün bütün çevrəsini, əlaqəsini işə salır və qısa müddətdə
həmin mənzillər üçün kifayət qədər alıcı tapır. Ucuz qiymətə mənzil sahibi
olacağına ümid edən şəxslər özülü qoyulan və ya yarıya qədər tikilən bina ilə
tanış edilir, onlara bina haqqında ətraflı məlumat verilir. Bundan sonra pulu
alnan vətəndaşlara onların bu binadan mənzil aldıqlarını isbatlayan saxta sənədlər
verilir. Hansı ki, bu sənədlərin heç bir hüquqi əsası olmur”.

 

Kəsilən qurbanlar və tökülən göz yaşları

 

Mənbənin sözlərinə görə, insanları özləri də bilmədən aldadan gənclər
onlarla ailənin gözü yaşlı qalmasına səbəb olur:

“Məsələnin ilginc tərəflərindən biri də, gənclərin insanları fərqində
olmadan aldatmasıdır. Belə ki, tamamilə başqa təyinat üçün nəzərdə tutulan mənzilləri
vətəndaşlara satan gnclər bunda pis heç nə görmür, əksinə insanları ucuz qiymətə
mənzil sahibi etdiklərini və bu “xeyirxahlıqla” paralel olaraq pul
qazandıqıqlarını düşünürlər.

MTN-nin əli ilə təklif edilən binalardan mənzil alan vətəndaşlar da
aldadıqlarını son dəqiqəyə qədər başa düşmür, hətta onlardan bəzisi “mənzilin sənədini”
aldıqları gün qurban kəsir,  bu günü özəl
bir gün kimi qeyd edirlər. Aldadıldıqlarını başa düşdükləri, bütün bunların sadəcə
böyük bir fırıldaq olduğunu anladıqları gün isə əlləri heç hara çatmır, mənzil
sahibi olmaq ümidi ilə verdikləri pulla həmişəlik vidalaşmalı olurlar”.

 

MTN-dən “məxfi əməkdaşlar” qarşısında qoyulan şərt:
ya qaçış, ya həbs

 

Bilgili qaynağın məlumatına görə, ayrı-ayrı şəxslərin əli ilə bir
deyil, bir neçə nəfərə satılan bu mənzillərlə bağlı əsl həqiqət meydana çıxan
gün və ya ondan bir neçə gün öncə missiyası başa çatan gənclərə iki şey təklif
olunur. Gənclərə bildirilir ki, onlar ya ölkəni tərk etməli, ya da bütün məsuliyyəti
öz üzərlərinə götürərək uzunmüddətli həbs cəzasına razı olmalıdırlar. Bu
situasiyada isə əksəriyyət qaçmağa, ölkə sərhədlərini tərk etməyə razılıq verir
ki, bu da onların qanun qarşısındakı məsuliyyətini daha da ağırlaşdırır. Və ən əsası,
kimsə bütün bu kombinasiyanın MTN tərəfindən planlaşdırıldığını, idarə
edildiyini bilmir…

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler