Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Menim yunan adalarında ne işim var?!” –Çevriliş günü Ərdoğanın otelde yaşadığı anlar…

22 Temmuz 2016

1:16 pm


22/07/2016 [17:14]: xeber –
Prezident Ərdoğanın 15 iyul günü Marmarisdə qaldığı otelin sahibi Serkan Yazıcı həmin günü oteldə baş verən hadisələri nəql edib.Çevriliş xəbəri yayılandan sonrakı 6 saat ərzində orada baş verənləri “Posta” qəzetinə danışan Serkan Yazıcının sözlərinə görə, ətrafı yaxşı tanıdığı üçün Ərdoğan ona “Serkan, dəniz yoluyla ən yaxın hara gedə bilərik”, – deyə, soruşub:”Mən Dalamana gedə biləcəyimiz, ancaq Aksaz Hərbi Dəniz Qərargahının önündən keçəcəyimizi dedim. O, “Olmaz, başqa hara gedə bilərik” soruşdu. Çox yaxında yunan adaları olduğunu xatırladıb “Mən, sizi götürər bilərəm ora”, – dedim . Bu sözümə qədər təmkinli, sakit görünən Ərdoğan əsəbi halda “Mənim yunan adalarında nə işim var? Mən səndən İstanbula necə gedə biləcəyimi soruşuram”, deyə, qəzəbli cavabını verdi”.Otel sahibi deyib ki, Ərdoğan “CNN Türk”də xalqı meydana çağırandan 1 saat sonra kürəkəni, enerji naziri Berat Albayrakın cip telefonuna zəng gəlib: “Telefonu qapatdıqdan sonra Ərdoğana dönüb  söylədi ki, xalq əllərində bayraqlarla tankların üstünə çıxır, qiyamçılara qarşı böyük dirəniş var. Küçələr xalqla dolub. Bu an cangüdənlərin şefi Muhsin Köse də İstanbul Atatürk Hava limanının qiyamçılardan geri alındığını prezidentə xəbər verdi. Ərdoğanın üzündə bu zaaman ilk dəfə sevincli bir ifadə yarandı”.Serkan Yazıcı Ərdoğanın otelden ayrılma anının da danışıb:”Onların haradan və necə gələcəyi bilinmirdi. Qoruma müdiri Muhsin Köse Ərdoğanın qoluna girib “Əfəndim, həmən getməliyik, burada artıq qala bilmərik” dedi.  Ərdoğan bizə “haqqınızı halal edin” deyib, helikopterə minmək üçün çıxdı. Helikopterin bütün işıqları söndürüldü, radarlara düşməmək üçün alçaq uçuş qərarı alındı. Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan, qızı Əsra Albayrak, kürəkəni Berat Albayrak və 3 nəvəsi Dalamana doğru belə yola çıxdılar”.Otel sahibi Ərdoğanın hadisələrin pik saatında kiminləsə danışığını da xatırlayıb:”Ərdoğan çıxanda kiminləsə telefonda danışdı. Dedi ki, onların tankı varsa, bizim də imanımız var. Dirənin, gərəkirsə, öləcəyik. Danışıq qutarandan sonra ona diqqətllə baxdığımı görüb “Serkan sən indi tarixə şahidlik edirsən”, – deyə, bildirdi…”.Strateq.az




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler