Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Mene 117 il de ceza versez, vecime deyil” – Cahangir Hacıyevden son söz

10 Ekim 2016

11:04 am


10/10/2016 [15:00]: xeber –
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı ” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda 2 təqsirləndirilən şəxs son söz nitqi ilə çıxış edib.”İnter Security” Mühafizə Şirkətinin rəhbəri İbrahim Hüseynov deyib ki, heç bir mütəşəkkil dəstənin üzvü olmayıb: “Beynəlxalq banka heç bir aidiyyatım yoxdur. Sadəcə müqavilə əsasında bankın binalarının mühafizəsini təşkil etmişik. Əməkdaşlarımızın adına götürülən kreditlər layihələrə xərclənib və həmin kreditlər tam ödənilib. Yalnız faiz borcları qalıb. Mənimsəmək fikrimiz olsaydı, kreditləri geri qaytarmazdıq. Cənab hakim, barəmdə bəraət hökmü çıxarmağınızı istəyirəm”.Bundan sonra Cahangir Hacıyev son söz nitqi ilə çıxış edib. O deyib ki, istintaq aparılan 1 il 5 ay ərzində mənimsəmə ittihamı sübut edilməyib: “2015-ci ilin aprel ayında xaricdə olarkən 1 zənglə geri qayıtdım. Hansısa cinayət törətsəydim, orda da qalardım. Mayın 2-də barəmdə cinayət işi açılıb və uzun müddət istintaqla əməkdaşlıq etmişəm. Müstəntiqlərə kreditləri, bank işinin əsaslarını öyrədirdim. Dekabrda məni həbs etdilər, qanunsuz olaraq “Bandotdel”də saxlanıldım. Birinci müavinim Emil Mustafayevin mənim haqqımda Baş Prokurorluğa yox, Daxili İşlər Nazirliyinə müraciət etməsi, onu deməyə əsas verir ki, bu iş əvvəldən planlaşdırılıb.Mən tutulandan sonra bankın xarici borclarının ödənilməsi üçün köməyimi təklif etdim. Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrində böyük rolum olub. “Qazprom”la böyük məbləğli saziş imzalamışdım, sonra isə Maliyyə Nazirliyi bu işi pozdu və müqavilə ləğv olundu. Beynəlxalq bankın sərmayələri olan Albaniyadakı zavodlara da həmin nazirlik müdaxilə edəndən sonra 350 milyon dollar ziyan oldu. Mən etdiklərimlə fəxr edirəm. Yaratdığımız iş yerləri bağlandı, minlərlə adamın çörəyi kəsildi. Ailə üzvlərimə qarşı terror etdilər, bacımın bu işlə heç bir əlaqəsi olmasa da, ölkədən çıxışına qadağa qoyuldu. Anam öləndə miras məsələsi zamanı “ASAN Xidmət” heç bir sənədi qəbul etmədi. Londona həyat yoldaşımın arxasıyca bığıburma əməliyyatçılar göndərildi, əllərində apardıqları ittihamı Böyük Britaniya “İnterpol” qəbul etmədi, çünki əsassız idi. Niyə onları gətirə bilmədiz? O vaxt Zakir Nəsirovla Hacı Məmmədov arvadımı qaytarmaq üçün məndən 20 milyon tələb etdilər.21 cilddən ibarət cinayət işində əleyhimizə 38 nəfərdən ifadə alınıb, amma ortada bir sübut da yoxdu”.Sabiq bankir ailə üzvlərinə verilən kredit kartlarından da danışıb:”Prokuror tez-tez bu məsələdən danışır. İttihamda yazılıb ki, təyyarə ilə səfərlərə, gözəllik salonlarına 48 milyon dollar xərclənib. Bu absurddur, gərək günün 25 saatını təyyarə ilə uçasan ki, bu qədər pul xərclənsin. Ailəmin xərclədiyi pulların hamısını ödəmişəm. Mənə qarşı olan haqsızlıqların səbəbkarı Samir Şərifovdur, onun istəyi ilə həbs olunmuşam. İstintaqda Ramil Usubov, Zakir Qaralov və maliyyə nazirinin müavini Azər Bayramovla müzakirə aparılıb. Azər Bayramov dedi ki, pulların hamısı kreditlərə yönəldilib. İttihamda qeyd olunan məbləğlərin kimin tərəfindən mənimsənildiyi məlumdur. Mənə 17 yox, 117 il də cəza versəniz, vecimə deyil. Yanımda oturan mənim kimi günahsız adamlara 14 il iş istənilməsi haqsızlıqdır. Maliyyə Nazirliyinin qeyri-rəsmi mətbuat orqanı olan haqqın.az saytı guya mənim villalarım, təyyarələrimin olduğuhaqda məqalə yazıb. Hanı o təyyarələr, villalar? “Azərinşaat”a ayrılan vəsaitdən məhz Samir Şərifov 350 milyon dollar mənimsəyib. Heç bunlar araşdırılmır. Cinayətkarlar çöldə, mən içəridəyəm”.C.Hacıyev məhkəmədən barəsində bəraət hökmünün verilməsini istəyib: “Cinayət işi istintaqa qaytarılsın. İstintaqı aparan müstəntiqlər, prokurorlar barəsində xüsusi qərardad çıxarılsın. Mənimsəmədə əli olan şəxslər həbs edilsin”.Məhkəmə kollegiyası hökm oxumaq üçün müşavirəyə gedib. Proses qeyri-müəyyən vaxta təxirə salınıb.(Qafqazinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler