Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Mende olan melumata göre Sinqapur ve Malayziyadan ekspertler devet olunub”

18 Temmuz 2016

11:08 pm


19/07/2016 [03:06]: xeber –
 Bir neçə gün öncə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev sayt-a geniş müsahibə vermişdi. Müsahibənin sonuncu bölümü Türkiyədə yaşanan son olaylara görə 3 günlük gecikmə ilə oxuculara indi təqdim edilir:Müsahibənin əvvəlini bu linkdən oxumaq olar— moderator.az/news/144449.html – Bayaq islahat məsələsinə toxundunuz. İqtisadçı alim Qubad İbadoğlu prezidentin sonuncu müşavirəsindən sonra mediada ilgi görən bir status paylaşaraq maraqlı hesablama aparıb ki, masa arxasında əyləşənlərdən adları hər kəs bəlli olan ilk altılıqdakı məmurun toplam yaşı 446 il, orta yaşı isə 74,3 ildir və iddia edir ki, belə bir komanda ilə uğur qazanmaq müşkül məsələdir. Siz də dünyanı gəzmisiniz, hansı ölkədə ağasaqqallara bizdəki kimi qədir-qiymət verilir…? – Fikriniz aydındır mənə. Amma mən hər zaman məsələyə belə yanaşmışam ki, insanların tutduğu vəzifədə ona tapşırılan işlərin öhdəsindən hansı səviyyədə gəlməsinə daha çox önəm verilməlidir, nəinki onların hansı yaşda olmalarına. İnsan var ki, hətta 60 yaşında baxırsan ki, xəstəliklər bunu əldən salıb, insan da var ki, baxırsan 76 yaşı var, bayaq mən misal da çəkdim, məsələn götürək elə Ramiz Mehdiyevi, kifayət qədər iti və çevik ağıla malikdir və kifayət qədər təcrübəlidir. Bu cür nümunələri çox çəkmək olar. Dünyada 80 yaşını keçmiş neçə prezident və ya hökumət başçısı var və yaşlarına baxmayaraq kifayət qədər uğurla həmin dövləti və ya hökuməti idarə edirlər. Yəni düşünmək lazımdır ki, bu adamın çevikliyi, səmərəli fəaliyyəti, çətin anda qərar qəbul etmə bacarığı zamanla ayaqlaşır, yoxsa yox. Məsələn, ABŞ-da hakimlər ömürlük seçilirlər. Yəni hətta 100 və ya 110 yaş da yaşasa o hakim işləyə bilər. Amma görəndə ki, artıq fiziki imkanları ona səhər saat 9-dan işə gələrək axşam saat 6-ya qədər intensiv işləməyə imkan vermir, o zaman hakimlər kollegiyasının təklifini gözləmədən həmin hakimin özü istefa verib təqaüdə gedir. Amma bu heç də o anlama gəlməməlidir ki, gənclərin idarəetməyə cəlb edilməsi əngəllənsin. Təbii, gənclər idarəetmənin bütün pillələrində irəliyə çəkilməlidir ki, onlar gələcəkdə yaşlı kadrları əvəz edə biləcək təcrübə toplasınlar. Amma ucdantutma hamıya yaşı ilə bağlı yanaşmanı da düzgün saymıram. – Prezidentin müşavirədə islahatlarla bağlı verdiyi anonsu bəzi təhlilçilər belə şərh etdi ki, artıq sentyabrdan gözlənilən islahatlara başlanmaq zərurəti yaranıb…- Məndə olan məlumatlara görə hətta Sinqapur və Malayziya kimi ölkələrdən də güclü ekspertlər, vaxtilə həmin ölkələrdəki islahatları həyata keçirmiş mütəxəssislər dəvət olunub. Bu informasiyanın nə dərəcədə doğru olduğunu da dəqiq bilmirəm, çünki bu informasiya maksimum məxfi saxlanla da bilər. Amma hesab edirəm ki, belə bir təşəbbüs varsa onu alqışlamaq lazımdır və əslində bunu gizli ictimaiyyətdən saxlamağa da ehtiyac yoxdur. Məndə olan başqa bir məlumata görə işçi qrupun iclaslarına prezidentin özü rəhbərlik eləmir. Həmin əcnəbi ekspertlərin söylədiyi fikirlərin bizim məmurlar tərəfindən nə qədər nəzərə alındığı bəlli deyil, yəni onların fikirlərini süzgəcdən keçirərək özlərinə sərf edənləri saxlayıb qalanlardan imtina etmək məsələsi də ola bilər. Yəni bu kimi məsələlər bizim kimi cəmiyyətlərdə müəyyən şübhələr də yaradır. Ona görə də yaxşı olardı ki, o iclasların heç olmasa bir qisminə prezident özü rəhbərlik etsin. Yəni özü qulaq assın həmin ekspertlərə. Düşünürəm ki, bu, məlumatların məmurlar tərəfindən prezidentə məruzə olunmasından daha effektli olardı. – Elman Rüstəmovun mürgüləməsi…- Düşünmürəm ki, indiki ağır maliyyə dönəmində, bankların belə böhrana düşdüyü vaxtda onun gözünə yuxu getsin, nəinki müşavirədə mürgüləsin. Bəzən insan daha da konsentrasiya olunmaq, fikirlərini cəmləmək üçün gözünü yumaraq daha dərindən fikrə gedir. Görünür prezidentin çıxışından sonra o da daha dərindən düşünmək üçün bir anlıq gözlərini yumaraq götür-qoy edib ki, daha nələr etmək olar, bu zaman kameraya yaxalanıb. Ona görə də mən onun həmin müşavirədə mürgüləyə biləcəyini şəxsən təsəvvür etmirəm.- Mürgüləməsə belə gəlin razılaşaq ki, bu gün ölkənin bank sektorunun özü mürgüləyir…- Bank sektorunun mürgüləməsi barədə mən bayaq söhbətimizdə dedim və lap əvvəldən valyuta ehtiyyatlarımızın hamısını aparıb xarici banklarda cüzi faizlərlə saxlayıb həmin banklardan yuxarı faizlərlə kredit götürüb üstünə də “şapka” qoyub sahibkarlara satmasının son aqibəti belə olmalıydı, bunu hesablamalıydılar. Digər tərəfdən gəlin etiraf edək ki, bu günədək Mərkəzi Bankın yalnız bir fəaliyyəti olub, o da əllərində olan valyuta ehtiyyatlarından manatın kursunun sabit saxlamaq üçün istifadə etmək. Mərkəzi Bank rəhbərliyi fikirləşib ki, onların işi elə bundan ibarətdir. Halbuki dünyanın hər yerində Mərkəzi Bank ölkə iqtisadiyyatının qan-damar sistemidir. Amma bizim iqtisadiyyatın maliyyələşdirilməsində ciddi problemlər olub. Eyni zamanda dəfələrlə dediyimiz kimi islahatlar dövlətin çiyinlərində ağır yükə çevrilmiş qurumların dərhal özəlləşdirilməsindən başlanılmalıdır. Səhiyyədəki son durumu gördünüz. Hamı dünyaya səs salan o xoşagəlməz olaydan sonra (xəstənin xəstə ayağı əvəzinə sağlam ayağının kəsilməsi nəzərdə tutulur-red.) hamı səhiyyə nazirinin dəyişdirilməsini tələb edir. Amma heç kim nəzərə almır ki,  50 nazir dəyişsə də xeyri olmayacaq. Çünki 140 manat maaş alan həkimi sən məcbur edə bilmərsən ki, xəstədən pul almasın. Xəstənin yaxınları da bilir ki, xəstənin sağalması üçün həkimin çəkdiyi zəhmət dövlət tərəfindən demək olar ki, ödənilmir. Ona görə də xəstənin özü utanaraq həkimə pul verir. Həmin pulu da qətiyyən rüşvət kimi vermir, sadəcə çəkdiyi zəhmətin ödənilməsi kimi verir. Neçə illərdi həyəcan təbili çalırıq ki, icbari tibbi sığortaya keçilməlidir. Amma indiki durum çox təəssüf ki, bəzi adamları qane etdiyinə görə icbari tibbi sığorta sahəsində ciddi bir tərpəniş hiss olunmur. Amma mən hesab edirəm ki, bu cür acınacaqlı vəziyyətdən yeganə çıxış yolu icbari tibbi sığorta və xəstəxanaların özəlləşdirlməsidir. Bir-iki dövlət xəstəxanası saxlanıla bilər. Niyə sən həkimə 140 manat maaş verib məcbur etməlisən ki, gedib xəstədən pul alsın? Onsuz da insanlarımız guya dövlət xəstəxanasında gedib həkimə pul vermirlər? Bundan sonra həmin xəstəxanalar özəllşdirilsə dövlət büdcəsinə də külli miqdarda vəsait daxil olar, xəstənin də xəstəxanaya verdiyi pul rəsmiləşdirilər və burdan da həkimlərə yüksək maaş verilər, üstəlik, dövlətə də vergi yolu ilə xeyli vəsait ödənmiş olar, qanunsuz yolla bəzi adamların ciblərinə gedən pulların qarşısı alınar. Bundan başqa bütün universitetlər özəlləşdirilməlidir. Yəni belə radikal addımlar atılmasa kosmetik addımlarla nə səhiyyədə, nə təhsildə, nə də digər sahələrdə ciddi nailiyyətlər əldə etmək mümkün olası deyil. Bayaq mən səhiyyə naziri ilə bağlı dedim. Təhsil nazirini də dəyişməklə nəsə dəyişən deyil. Çünki orta məktəb müəllimlərinin heç biri o məvaciblə şagirdə dərs deməkdə maraqlı deyil. Ona görə də müəllimlərin çoxu öz mənzillərini sinif otaqlarına çeviriblər. Ona görə də bu gün durub demək ki, bizdə orta təhsil pulsuzdur, bu, sadəcə gülüş doğurar. Gedin istənilən universitetə və bir auditoriyaya daxil olub soruşn ki, içərinizdə neçə nəfər repetitor yanına getmədən sadəcə orta məktəbdə oxumaqla tələbə adını qazanıb. Buna görə də təhsil naziri istəsə də heç nə edə bilməz.  




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler